» » “...Dərdi sirli cücələrim”


“...Dərdi sirli cücələrim”

Qışın oğlan çağında 100  - nü aldım, bir balaca “dəggələşmişdilər” ki, yanlarından “qara yel” əsdi. Apteklərdən alınan növbə - növ dərmanlar dərdlərinə çarə olmadı. Baytar həkmlərimizin heç birinin “proqnozu” düz çıxmadı, tədircən hamısı “quruyub”  yoxa çıxdılar. 

... Toyuqlara “qıt – qıta” düşdü, küklədilər ikisinin 25 balası oldu. Bəh - bəh, rəngbərəng cücələr nə gözəldilər. Birincidən gözüm qorxmuşdu, axı həkimlərin bir ehtimalı da bu idi: “100 cücənin “yastılanması” soyuqdan, yuxarı tənəffüs orqanlarının iltihabı.” İndi yenilərinə “super” qulluq gedir. Hələ üstəlik bir manatlıq yox, əlli qəpik bahasına yemdən yeyirlər.. .

... Bir aydır, artıq hava da istiyə doğru gedir, damdakı tempratur 30 günlük cücələrə kifayyət edir. Bəh - bəh, gübə - gün “ətə - qana” dolurlar, “cığırtmalıq” cücələr bəs edəcək qədərdir. Düşünürdüm, dəva - dərmanı vaxtlı - vaxtında edilib, heç xəstəlik də yaxına buraxmazlar. 

Ancaq sən saydığını say, gör fələk nə sayır. Budur e...bir- bir, artıq ikisi ölüb. Hə, bu dəfə, ötən dəfəki səhfi etmirəm. Gedirəm baytarlıq idarəmizə, biri ölü, bir yarıcan cücəni həkimlərimizə təqim edirəm. Demirəm baxmadılar, sağ olsunlar ətraflı müayinə etdilər, diaqnoz qoyurlar ki, bağırsaqlarında zəhərlənmə var, “Ultraseptol” al ver, düzələcək! - dedilər.

... Düzəlmədi, 10 manatlıq dava dərman, hec 10 - ca cücənin yaşamaq şansını artırmadı. Artıq 5 – i də başını yerə qoyub. "Bəs, necə edim?” düşünərkən, rayonda yaxşı baytar həkim axtarışına çıxıram. Telifonda çəkdiyim video görüntü  vasitəsilə ayrı - ayrı baytar həkimlərimizə cücələrin  real vəziyyətin təqdim edib, dərdinin nə olduğunu tapmaqçün araşdırmaya başlayıram.. .

Demirəm, mənim görüşdüyüm baytar həkimlər diaqnozda aciz qaldılar, xeyir. Onlar praktik olaraq, təcrübə və əlamətlər əsasında, xəstəliklə bağlı müxtəlif rəylər söylədilər. Ancaq, sonda xətəlik və hansı dərmanla müalicə olunmasında konret fikir söyləməkdə tərəddüd etdilər.

Bəs nədəndir bu çətinlik?. Bizim baytar həkimlər bir cücəni sağaltmaqda doğrudanmı acizdır?. Elə bu sualın da cavabını, adının çəkilməsini istəməyən baytar həkimdən alıram: “ Əvvəlki dövrlə müqayisədə xəstəliklərin miqyasında artım var. Ən əsası da dilsiz canlının müayinəsi labarotor müayinələr əsasında aparılmalıdır. Ancaq bizim rayonda bu cür labaratoriya yoxdur, regionlar üzrə varki, uzaqda olduğundan çox adam bura getmək istəmir. Xəstə quşlar, heyvanlar bu çür labaratoriyada müayinədən sonra, dəqiq diaqnoz haqqında danışmaq olar. Nə yaxşı olardı ki, bu məsələ də rayonda öz müsbət həllini tapsın.

Bax beləcə, dədə evidən ayrı yaşamağın ilk ilində, yeni mənzildə həvəslənib çüçə saxladım, ancaq alınmadı.., heyf, dərdi sirli qaldı cüçələrin.

P.S: Biləsuvar Baytarlıq İdarəsindən məsələ ilə bağlı ətraflı açıqlama verilib. Qeyd olunmuşdur ki,  rayonda baytalıq labarotoriyası var. Bir müddət öncə ən müasir avadanlıqlarla təhciz olunan labaratoriya Qida Təhlüəkəsizliyi Agentiliyinin tabeliyinə verilib, yaxın vaxtlardan etibarən tam gücü ilə  fəaliyyət göstərəcək. Hazırda, müraciət əsasında təsərrüfatlardan xəstəliklərlə bağlı götürülən nümunələr, təqliyə əsasında Salyan rayonunda fəaliyyət göstərən regional labarotoriyaya göndərilir. O, ki qaldı sizin təsərrüfarda cücələrin tələf olmasına?. Bunun baş verməsi haqqında cucələrin saxlanma şəraiti və qidalanması ilə bağlı araşdırma apardıqdan sonra fikir söyləmək olar.

Surxay Şahbazov 



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR