- 11 aprel, 10:46
- 744 dəfə oxunub
- 0
“Əqrəbin sancması deyil ədavət, onun zatında var, belə bir adət”
Dünyanın sonunu gətirə biləcək nüvə müharibələri, bəşəriyyətin varlığına belə son qoya bilər. Belə bir şəraitdə dövlətlərin yürütdüyü siaysət məhz həmrəyliyə, qarşılıqlı hörmətə, dürüst qarşılıqlı münasibətlərə və bütövlükdə adına dünya dediyimiz bəşər övladlarının ümumi evinin qorunmasına, tərəqqisinə hesablanmalıdır.
Dünyada bu cür mürəkəb hadisə və proseslərin cövlan etdiyi bir zamanda ölkəmizə qarşı cəhd edilən təhdidlərdə bu sıradadır. Hazırda bu təhdidlərin önündə özünə yer alan “dövlət”sə, heç şübhəsiz ki, İran mollakratiyasıdır. Təssüf hissi ilə qeyd etməliyik ki, bu gün cənub qonşuluğumuzda yerləşən İran adlı dövlət öz mürtəce, bütün bəşəriyətin əleyhinə olan niyyətindən, başqa sözlə siyasətindən əl çəkmək istəmir. Özünün 4 bir tərəfdən əhatəsində olan dövlətlərlə münasibətləri korlanmış mollakratiya, tarixi terror ənənəsini davam etdirməkdə israrlıdır. Şübhəsiz ki, milli maraqları naminə siaysət aparan istənilən dövlət bütün münaqişə və mübahisələri açıq müzakirə etməli, ümumi dil taparaq yolarına davam etməlidirlər. Bu mövqeyi İrana aid etmək mümükün deyil. Məşhur atalar sözdə deyildiyi kimi: “Hamıya it hürəndə, bizədə çaqqal hürür”.
Bir dövlət olaraq teokratik hakimiyyətə mənsub İran İslam Respublikası əslində adındakı İslam sözünə görə daha mütərəqqi, sülhsevər, insan amilinin inkişafına yönəlik mövqedə olmalı və bu mövqeni ilk növbədə qonşuları ilə münasibətdə sərgiləməlidir. Çünki bu kimi mövqe elə İslam dinin mahiyyətinin ifadəsidir. Amma yox, “fransuzski molakratiya” başqa məqsdələr üçün təsis olunub. Hələ adını “İslam” qoyduqları 1978-ci il inqilabından dərhal sonra Parisdən Tehrana hicrət etmiş Xomeyni yaxın, uzaq ölkələrlə münasibətdə dövləti maraqlardan deyil, dini, daha doğrusu İslam dininin şiə məzhəbinin maraqlarından çıxış etməyə başladı. Açıq mətnlə ifadə edirdi ki, nəyin bahasına olursa olsun şiə məzhəbi olmadan nə islam dini, nə islam dövləti ola bilməz. Özünün “vilayəti fəqih” adlandırdığı nəzəriyyə ilə fikirlərini əsaslandıran Xomeyni dini dövlətdən kənar təsəvvür edə bilmir, dövlət-din münasibətlərini də bu prizmadan şərh edirdi.
Hələ tarixən islamda “vilayəti fəqih” nəzəriyyəsinə əsaslanan dünya görüşü bir mənalı qarşılanmayıb və müsəlman ölkələri coğrafiyasında fikir ayrılıqlarına səbəb olub. Belə ki, islamda vilayətə ( hakimiyyətə) münasiətdə bir çox din alimləri, islamşünaslar dinin mahiyyətindən, mənəviyyat işi olmasından çıxış edərək dini dövlətdən ayrı dəyər kimi təfsir etmiş, teokratik əsaslarla dövlətin təsis olunmasını əslində dinin bəşəri mahiyyətinin kiçildilməsi kimi qiymətləndirmişlər. Bu nəzəriyyənin tərfdarları hesab edirlər ki, din daha bəşəri və mütləq dəyər olduğundan onun dövlətin simasında təcəssüm etməsi dinin mahiyyətini kiçildir, dini alətə çevrir. Digər qisim “vilayətçilər”sə, “din o zaman din olur ki, onun dövləti, silahı, topu-tüfəngi olsun” düşüncəsini əsas götürürlər. Məhz bu yanaşma tərzi bu gün İraq və İran mücdehidlərini də üz-üzə qoyub. Belə ki, İraq, daha doğrusu Nəcəf hövzəsinin mücdehidləri, öz ölkələrində dövlətinin İsalm dövləti adlandırılmasının belə əleyhinədirlər. Onlar hesab edirlər ki, bu yanaşma İslamı kiçildir, şiəçilik fəlsəfəsinə xələ gətirir. Təsadüfi deyil ki, hətda xristianların Papası belə islam dini alimləri ilə dialoq zamanı yalnız İraqdan olan şiə din alimlərinə etimad göstərir, onlarla aparılan müzakirələrə üstünlük verirlər. Çünki mahiyyəti etibarı ilə xristianların təsis etdikləri dövlətlərin heç birində din dövlətin mahiyyətinin ifadəsi deyil. Bu mənada “Nəcəfçilər”lə xristian din alimlərinin dövlət-din münasibətlərinə ümumi yanaşması mövcudur.
Lakin bu mövqeyi Qum hövzəsi alimlərinə, yaxud İran mücdehidlərinə aid etmək olmur. Fransız təlimatı əsasında təsis olunmuş İran İslam Respublikasının “banisi” Xomeyninin davamçıları hesab edirlər ki, İran dünayaya yalnız din, daha doğrusu islam dininin şiə məzhəbi ilə açılmalı, İslam dövlətinin topu, tüfəngi, iqtisadi qüdrəti məhz dünyadakı “vilayəti fiqh”in təbliğatına sərf olunmalıdır. Onların düşüncəsinə görə bu yanaşmanı qəbul etməyənlər şiələrin düşmənidir. Bu zehniyyətin mənsublarına görə əsil İslam dini yalnız şiəçiliyin simasında təcalla edir. Bu səbəbdəndir ki, “Qumçular”la, “Nəcəfçilər” arasında ixtilaf bitmir ki, bitmir. Hətda Azərbycandan Qumda və Nəcəfdə təhsil alıb ölkəmizə qayıtmış Nəcəf və Qum “alimləri” bir-birini qəbul etmir, biri digərini “vilayəti-fiqh”ə xəyanətdə günahlandırılar. Bu gün öz gərginliyinin pik həddinə çatmış İran - Azərbaycan münasibətlərinin mahiyyətinə vararkən bu nüansı da diqqətədn qaçırmamalıyıq. Qum “elm” hövzəsi əslində İran “İslam” inqilabından sonra intişar edib. O zamanadək müsəlman dünyasının şiə təriqəti ilə bağlı din ocağı əsasən İraqın Nəcəf şəhəri olub. Tarixən ölkəmizdən də gedib dini təhsil alan alim və ülamalar məhz Nəcəf hövzəsinin ideoloji əsaslarının daşıyıcıları olublar. Bu hövzəninsə, mahiyyətində radikal məzhəbçiliç olsa da, mücdehidləri din-dövlət münasibətlərinə fərqli yanaşmış, dövlətin dini əsaslarla təsis olunmasını qəbul etməmişlər. Şübhəsiz ki, bu da öz növbəsində Nəcəfdə dini təhsil alanların dünyagörüşünə birbaşa təsir edən amil olub. Odur ki, ölkəmizdə din-dövlət münasibətlərinin korlamnasında maraqlı olan “dindarlar” əsasən “Qumun ixrac məhsulları”dır. Qum din hövzəsinin məzunlarının da əsil siması ermənilərin timsalında şeytanla belə əməkdaşlığa, özlərinin təbirincə desək qardaşlığa gedən İranın əsl mahiyyəti, mənfur xisləti, özgə “proyekti”olan İslam dövlətinin iç üzüdür. Dahi Nizamini təbirincə desək:
“Əqrəbin çalması deyil ədavət,
Onun zatıında var belə bir adət”.
Hələ Makedoniyalı İsgəndərin atası II Filipi, hökmüdarlardan Astiaqı, Daranı, Şah Qacarı, daha onlarla sərkərdə və dövlət xadimini məhz terrorla qətlə yetirən fars xanədanının bu xislətini “dəyərləndirən” qərb, ötən əsrin 70-ci illərində Xomeyninin “rəhbərliyi” altında İran İslam Respublikasını təsis etdilər. Təsis olunduğu gündən təkcə müsəlman dövlətlərinə deyil, əlində şiəçiliyi bayraq etməklə bir çox qeyri müsəlman dövlətləri ilə də konfrantasiyaya girən İran heç bir halda inkişaf edən dünyanın bir parçası ola bilməzdi. Və bu gün nəticələr göz önünüdədir. Əslində İranın Azərbaycana, müqəddəs təsisatımız olan dövlətimizə münasibətinin müsəlmançılıq, dostluq, qonşuluq dəyərlərinə sığmamasının əsasında da uzun onilliklər boyu cədhlərinin bəhrə verməməsi, başqa sözlə “bizi öz günüə qoya bilməməsi” dayanır. Onların düşüncəsinə görə dövlət dini əsaslı olmalı, lazım gələndə terrora əl atmalı, insan hüquqlqarı maksimum məhdudlaşdırılmalı, Ramazan ayında oruc tutmayanaları cəzalanırmalı, öz coğrafiyasınada yaşayan xalqlara dil, milli kimlik, din, hətda məzhəb haqqı tanımamalı və daha nələr, nələr. Bunca kirli bir dövlət hələ bu azmış kimi müsəlman, xristian, yəhudi demədən dörd bir ətrafı ilə qanlı mübarizəyə girişib. “Kor tutduğunu buraxmadığı” kimi güya İslamı, özüdə onu şiə məzhəbini ”irticaçı kapitalizmdən”, “sionistlərdən” və bunlarla dövləti münasibət quran müsəlman ölkələrindən belə hifz edirlər. Bu məqəsdlə elə şiənin məscdində İslamda haram və murdar buyrulan donuz, it saxalayan, məscidləri yerlə bir edən, elə həmin şiələri kütləvi qətlə yetirən, hətda körpəsinə belə qıyan erməni ilə özünü qardaş adlandırır. Ermənilərin edə bilmədiklərini bu gün terrorla ölkəmizədə həyata keçirir. Sovetlər Birliyinin çöküşü səbəbindən yaranmış ideoloji, siyasi boşluqdan istifadə edib İranın ayrı-ayrı dini mədrəslərində təhsilə cəlb edilmiş həmyerlilərimizi “zəhərləyərək” ölkəmizə ixrac edən mollakratiya istəklərinə nail ola bilmədi. Uzun illər sərgilədiyimiz səmimi qonşuluq münasibətlərindən bəhrələnərək “İmdad Xomeyni cəmiyyəti”, “İran Mədəniyyət Mərkəzi”, daha nə bilim hansı adla təsis etdiyi “İslamç"ı təşkilatlar vasitəsi ilə torpaqlarımızı işğal etdiyini bilə-bilə ermənilərlə sıx əməkdaşlıq quran, II Qarabağ müharibəsinə qədər Ermənistanı “Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təıminatşısı” adlandıran molakratiya bu gün öz əməllərininn əsiridir. “Quyruğu qapı arasınad qalan” İranın boş yerə bağırmaqdan başqa çarəsi yoxdur. Müsəlman dünyasının “qara yarası” olan bu dövlətin xalqımıza və dövlətimizə qarşı mövqeyi həmişə mürtəce xarakterli olub. Bu gün də belədir:
Ölkəmizin daxilində basdırdığı “minaların” işə yaramadığını görən İran indi də xarici siyasətimizə dil uzadır, din düşməni axtarışını davam etdirir. Belə ki, güya İsrail dövləti ilə münasibətlərimiz İrana qarşıdır, Onlarla qurduğumuz əlaqə fələstinlilərin ziyanınadır və başqa sayıqlamalar, cəfəng iddialar. Bizdən əvvəl İsraildə səfirlik açan İranın digər qonşusu – qardaş dediyi Ermənistandır. Nədən Ermənistanın İsraildə səfirliyinin olması İranı narahat etmir?.
Cari ilin mart ayının 28-də İsraildə səfirliyimizin açılışından sonra xarici işlər nazirimiz Ceyhun Bayramov Fələstinə gedib Fələstin muxtariyyətinin ən ali təmsilçiləri ilə görüşdü. İki tərəfli əməkdaşlıqlar müzakirə olundu. Birgə bəyanat səsləndirildi. Heç Fələstin lideri özü belə İsraillə olan münasibətlərimizin hansısa nahatlıq doğuracaq tərəfələrini qeyd etmədi. Yaxşı, “İran Papadan artıq katolik”mi olmaq istəyir?.
Azərbaycanın NATO-nun şərq tərəfdaşlığı proqramında iştirakının da güya onlara qarşı yönəldiyini dilə gətirən İran uzun illərdir “qulağının dibində” Türkiyə kimi NATO-nun nəhəng təmsilçisi olduğunu görmürmü? Məgər NATO Türkiyəsi İrana problemmi yaradır? Yaxud yaradırsa, nədən İran indiyədək bu barədə fikir bildirmir?.
Yaxud, bu gün bütün dünyanın marqla izlədiyi, təkcə regional deyil, həm də qlobal əhəmiyyətli layihə olan “Zəngəzur dəhlizi” layihəsinə qarşı çıxan İran bu dəhlizin mövcud olacağı təqdirdə Avropaya çıxışının qapanacağını iddia edir. Bu cür absurd iddia ilə çıxış etmək İrandan başqa heç bir dövlətin bəyanatında özünə yer almazdı. Zəngəzur dəhlizi elə həm də İranın Avropaya açılan qapısı deyilmi?.
Və ən nahayət ölkəmizdə cari ilin “mart terrorları”nda İran “dövlətinin” izlərinin aşkarlanması bu dövlətin terroçu mahiyyətini bir daha ifşa edən real faktlar deyilmi?.
İran mollakratiyasının insanlıq əleyhinə yönəlmiş, heç bir əndazəyə sığmayan qonşuluq, dostluq, müsəlmançılıq adına ləkə gətirən həm daxili, həm də xarici siyasəti artıq bumeranq efekti verməkdədir. Ölkəmizə yönəlik tarixi mürtəce siyasətdə başına çalma bağlıyıb, əyninə fransız “İo-Kio babanın xalatı”nı geymiş İran fars mollakratiyasının unutduğu nüanslar var. Hələ ötən əsrdə Güney Azərbaycanda məhz azərbaycanlıların milli dava adına başlatdıqları ən azı 2 inqilab olub. 1945-ci ildə Güney Azərbaycan Respublikası təsis olunub. 1978-ci il “İslam inqilabı”ndan sonra milli azllıqlara, o cümlədn azərbaycanlılara (baxamayaraq ki, cənubi Azərbyacnadakı soydaşlarımız say etibarı ilə azlıq deyildir) muxtariyyat hüquqnun tanınacağ elan edilmişdi. Lakin özlərinə yer edincə farslar bunu da dandılar. Nəhayət 44 günlük Qarabağ savaşından sonra mollakratiyanın cəhdlərinə baxmayaraq güneydəki milli əhval-ruhiyyənin hər gün yüksələn xətlə tərəqqi etməsi İranın sonunu yaxınlaşdırmaqdadır. Təkcə müsəlman dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının deyil, bütün dünyanın İslam, müsəlman adına ləkə olan “fransız layihəsi”ndən xilas olmağın da şahidi olacağıq. Sadəcə zamana ehtiyac var.
Mövzu ilə bağlı bir məsləni də qeyd etmək istərdim. Belə ki, İranın bütün bu hoqqaları artıq hamıya – həm bizə, həm də bütün dünyaya məlumdur. Regionumuzda və dünya da baş verənlərə adekvat reaksiya verə bilməməsi, hadisə və prosesləri görməzədn gəlməsi, İranın “dəvəquşu effekti” yaradan siyasəti şübhəsiz ki, məğlubiyyətə məhkumdur. Lakin uzun illər ərzində dövlətimizə və xalqımıza yönəlik siyasəti iflasa uğrasa da, fəsadsız da ötüşməyib. Uzun illərin məzhəbçilik təbliğatı, bu məqsədlə dini ədəbityyatın, audio və video materalların ölkəmizdə yayılması, aztəminatlı ailələrə, fərdlərə yönəlik təbliğatı bəzi hallarda öz “bəhrəsini” vermişdir. Xüsusilə dini təhsil adı altında İran təhsil müəssisələrində beyinləri “zəhərlənməyə” məruz qalmış bir çox həmvətənlərimiz (tutduqlar əməldən dolayı əgər onlara həmvətən demək mümkünsə) hər an ölkəsini, dövlətini, deməli həm də ailəsini satmağa hazır olan bəzi dindarlarımız hələ də “fars-iran molakratiyası” xəstəliyinin daşıyıcılarıdırlar. Təssüf ki, dini, məzhəbi, müqəddəs inancları siasətə yaramaz şəkildə calağ edən molakrtaiya nəticə etibarı ilə bir şeyə nail olmasa da Azərbaycanda vətən xainləri yetişdirməyə nail ola bilib. Heç şübhəsiz ki, xüsusi xidmət və təhlükəsizlik orqanlarının, eləcədə digər hüquq-mühafizə orqanalrımızın gecə-gündüz demədən ayıq-sayıq fəaliyyəti bu xain çeteni həmişə ifşa etmişdir. Bu gün də öz işlərinin başında şərəflə vətənimizə, dövlətimizə və xalqımıza xor baxanların gözünü ovmaqda davam edirlər. Tam zamanın da görülmüş qabaqlayıcı tədbirlərə görə təhlükəsizliyimizin qarnatı kimi dövlətimizə, onun strukturlarına minnətdarıq. Bizə düşənsə, harda, hansı zamanda olmağından asıl olmayaraq vətən və dövlət sevgimizi əldə bayraq edərək azərbaycançılıq naminə bacardığımızı etməkdir.
Uzun illər Qarabağ münaqişəsinin mövcud olması, İran və “irankimilər”ə yerini göstərməkdə “astagəl” olmağımıza səbəb olmuşdu. Bu gün artıq o gün deyil. Bu gün güclü, sürətlə inkişaf edən, dünyaya milli və bəşəri dəyərlərlə açılan, torpaqlarını düşmən işğalından azad etmiş, uzaqgörən starteqi, lideri, Ali Baş Komandanı və hər an dövlət və vətən naminə canını fəda etməyə hazır müsəlləh ordusu olan azad, müstəqil, suveren Azərbaycan Respublikası var.
Kamil Qurbanlı,
YAP Biləsuvar rayon təşkilatının sədri