» » 27 sentyabr–tarixlə siyasətin “həmrəy” olduğu gün


27 sentyabr–tarixlə siyasətin “həmrəy” olduğu gün

   Bir  çox tarixi  hadisələr  öz dəyərini  və əhəmiyyətini  zaman ötdükcə daha bariz şəkildə biruzə verir.İnsanlar və xalqlar daha dolğun nəticəyə gəlirlər. Bu həm fərdlərin, həm də xalqların  keçdikləri yolda rast gəlinən obyektiv həqiqətdir.

 Təsadüfi deyil ki, siyasət və tarix  anlayışlarını müqaisə edərkən:-“Siyasət bu günki tarix, tarixsə, keçmiş  siyasətdir” deyirlər. Ötən  28 ilin tarixi, həm də  siyasi proseslərinə  nəzər  saldıqda bu ifadəninnə qədər  məntiqi  olduğunu  anlamaq  olur.XX əsrin 90-cı illərinin  əvvəlində baş vermiş erməni işğalları, bu işğaldan  ötən  dövr ərzində həyata  keçirilən, şahidi olduğumuz siyasət, beynəlxalq  güclərin ikiüzlü, öz mənafelərinə xidmət edən mövqeyi,keçmiş Qarabağ probleminin  həllində dövlətimizin, dövlət rəhbərimizin həm daxili, həm də xarici siyasətdə sərgilədiyi ardıcıl,mətin mövqe, uzun illərdir  işi-gücü “düşmən dəyirmanına su tökmək”olan, adını müxalifət qoyub faktiki  düşmənçiliklə  məşğul  olan marginal siyasi  qruplaşmaların  antiazərbaycan  mövqeyi qeyd olunanların  sübutudur.Eyni zamanda ötən bu illər ərzində dövlətmizin, cəmiyyətimizin  və ən əsası  hər bir Azərbaycan  vətəndaşının daha güclü, daha sağlam, sosial rifahı  daha yüksək olan  fərd kimi  yaşamasından  ötrü həyata  keçirilən  sosial-iqtisadi və mədəni-siyasi layihələr, dövlət proqramları, beynəlxalq səviyyədə-həm dövlətərarası, həm də beynəlxalq birliklərlə  aparılan iş, yekun etibarı ilə bizə bu günkü Azərbaycanı-dinamik inkişaf edən, tam daxili  siyasi sabitliyə nail olmuş, ümumi iqtisadi  göstəriciləri hər il artan, qüdrətli orduya malik, əhalinin sosial rifahına yönəlik tədbirlərlə  sosial tərəqqiyə  nail olmuş, beynəlxalq və regional  nüfuzuna görə dünyada istənilən səviyyədə  mövqeyi  qəbul olunan, sözü keçən bir dövləti, cəmiyyəti bəxş  etmişdir.
      Heç şübhəsiz ki, bu tarixi eksrursdan gəlinən  nəticə əslində keçilən  uzun yolun sonunda  hansı tarixi  nailiyyətlər əldə  etdiyimizi  sübuta yetirir.Bu sübutları  sadalamaqla  bitən deyil.Zaman ötdükcə bütün bu qeyd  olunanları  bir  dövlətin, cəmiyyətin tarixi və gələcəyi  üçün nə qədər böyük önəm daşıdığı bəlli olur.Bu mənada xüsusi  qeyd olunan  və bütövlükdə dövlətçilik  tariximizə qızıl hərflərlə  həkk olunmuş, 44 gün davam edən Vətən  müharibəsi həm uzun illər ərzində əldə olunmuş  gücün,  möhkəm təməllər üzərində imza edilmiş  strategiyanın məntiqi yekunu və davamlılığının təminatı idi.
     Ötən əsrin sonlarından etibarən  30 illik  müddət ərzində dünyanın ən böyük beynəlxalq  təşkilatlarının qətnamələri, qəbul etdikləri qərarlar, ayrı-ayrı dövlətlərin çağrışları, təklifləri,  ölkəmizin sülh naminə atdığı addımlar, təklif etdiyi həll yolları mənfur qonşularımızı qandırmadı.Baxmayaraq ki, bütün bu prosseslər Ulu Öndər Heydər Əliyevin və cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin mükəməl  fəaliyyəti nəticəsində ildən-ilə  tərəqqi edən dövlətimizin və cəmiyyətimizin   yüksəlişi fonunda baş verirdi.Ermənistan   tərəfi isə tam əksinə-qanuni yaxud  qanunsuz hakimiyyət  dəyişiklikləri, ildən-ilə  zəifləyən  iqtisadiyyat, regional layihələrdən  kənarda qalmaq, bütöv bir ölkənin  diaspora və donor  vəsaitləri  hesabına “inşa” edilən  sosial  həyat tərzi ilə  hikkəsindən əl çəkmirdi.
       Əsrlər boyu “Böyük Ermənistan”  adlı  utopiya, xülya Cənubi Qafqazın bu “plibey”  tayfasının  gözlərini  qapatmışdır.
      Azərbaycanın Ermənistanla  müqaisədə  illərlə əldə  etdiyi siyasi nüfuz, iqtisadi güc,  sosial stabillik ölkəmizin  dinamik dəyişən dünyada yerini və mövqeyini müəyyən edirdi.
      Ermənistanın bütün kompramis və  konsensus  təkliflərini   imitasiya  etməsi artıq onların “başlarının əzilməsi”  prossesinin  reallaşdırmağın vaxtının çatdığından  xəbər veridi.
      Bir əsrə yaxın müddət ərzində əzəli, tarixi torpaqlarımızda özlərinə “dövlət”  təsis edən,   28 ildir  ölkəmizin beynəlxalq səviyyədə  tanınan  tarixi, əzəli  torpaqlarının 20 faizini  işğal  etmiş erməni adlı tayfa ilə hərb  dilində  danışmaqdan başqa yol qalmamışdı. Və  bu  “dildə danışmağ”ın tarixi  başlanğıc anı 27 sentyabr 2020-ci ilə təsadüf etdi.
      Məhz bu  tarixdə  Müzəffər Ali Baş  Komandanımızın  əmrinə əsasən  vaxtaşırı  olaraq  təkərlanan erməni hərbi təxribatlarının  qarşısının  birdəfəlik  alınması, işğal altında olan vətən  torpaqlarımızın  nəhayət  öz gücümüzə geri alınmasına başlanıldı.
      27 sentyabrdan  başlanan “Zəfər” yolu  8 noyabr 2020-ci ildə  tarixi qələbəmiz,  düşmənin  tarixi  məğlubiyyəti ilə bitdi.
     44 gün davam edən  müharibənin hər dəqiqəsi  tarixə döndü.Ordunun  strateji və tarixi  döyüş  əməliyyatları, dövlətlə xalqın  birliyi və bütün  bu günlər ərzində təkcə  səngərdəki hərbiçilərimizi  deyil, diplomatik cəbhədəki  gedişləri ilə  həm də  xalqını ruhlandıran  Ali Baş  Komandanın dəmir iradəsi bu qalibiyyəti  bizlərə yaşatdı.Şəhidlərimizin, qazilərimizin mərdliyi, məsuliyyəti, döyüş ruhu  bu  qələbəni bizə  bəxş etdi. Təkcə Ermənistana deyil bütün  dünyaya  sübut edə bildik ki, keçmiş Qarabağ  probleminin  həlli  öz əlimizdə olub. Amma beynəlxalq  ictimaiyyətə olan güvənimiz, mənfur  qonşumuzun  nə zamansa, “ipə-sapa  yatacağına”  olan  inamımız bizi həm  səbrli olmağa, həm də  daha  güclü olub  düşmənin  başını  əzmək üçün  dünyanı  qandırmağa  vaxtımız   olsun  deyə  hərəkətə keçməmişik. Lakin  nəbeynəlxalq  ictimayət, nə də hiyləgər  qonşu bunu  dəyərləndirməyib.Odur ki,  Azərbaycan əsgərinin “Dəmir yumruğ”u hər kəsə  öz  yerini göstərdi.
      İndi möhtəşəm  tarixi  gündən düz 2 il ötür.Bu iki il ərzində xalqımız  qələbənin  təntənəsini  yaşamaqdadır.
       Odur ki, Respublikamızın prezidenti cənab İlham  Əliyev  2 dekabr 2020-ci il tarixdə 27 sentyabrın“Anım günü” kimi  qeyd olunması  barədə  müvafiq sərəncam  imzalamışdır. Artıq 2 ildir bu gün  “Anım günü” kimi qeyd olunur.
        Bu günü bizlərə bəxş etmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, Allahın rəhmətini qazanmış müqəddəs Vətən oğulllarına EŞQ OLSUN deyirik.

Kamil Qurbanlı,
YAP Biləsuvar rayon təşkilatının sədri 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR