» » Dünya haqq yolunda olduğumuza əmin olmalıdır


Dünya haqq yolunda olduğumuza əmin olmalıdır

Dünyada sülh və sabitliyin qorunması, iqtisadi inkişafın dəstəklənməsi və təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə indi daha böyük vəzifələr düşür. Bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinin keçirilməsi, bu təşkilatın son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət cəlb edib.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində genişməzmunlu  çıxışında ölkəmizin iqtisadi inkişafından danışarkən   bildirilib ki, Azərbaycan Şərq- Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7- dən 9-a çatdırılacaq.

Bunları deməklə Prezident bir daha nəzərə çatdırmışdır ki, Azərbaycan haqq yolunun, inkişafın tərəfdarıdır. Məhz ölkəmizdə davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi bütövlükdə regionun tam sabitliyinə  xidmət edir.

Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. 
Prezident İlham Əliyevin Səmərqənd Sammitindəki çıxışı zamanı cari ilin 13 sentyabr tarixində Ermənistan - Azərbaycanla dövlət sərhədində düşmənin  genişmiqyaslı hərbi təxribat törətməsinə də toxunub. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Prezidenti cənab İlham Əliyev demişdir ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruridir: “Azərbaycan bu məqsədlə ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib və indi hər iki ölkə ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də destruktiv mövqe nümayiş etdirməklə sülh prosesini ləngidir. Sentyabrın 13-dən başlayaraq Ermənistan Azərbaycanla dövlət sərhədində bir neçə genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatların qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatları iki ölkə arasında münasibətlərin normallaşması prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Şənay Abdullayeva,
Biləsuvar Rayon Mərkəzi Kitabxananın 
-resurs şöbəsinin proqramçısı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan