» » » "Pambıqçılıq həm də rayonumuzun tarixidir, onu yaşadıb inkişaf etdirməliyik" - FOTO - VİDEO


"Pambıqçılıq həm də rayonumuzun tarixidir, onu yaşadıb inkişaf etdirməliyik" - FOTO - VİDEO

Ölkəmizin yer üstü sərvəti olan "ağ qızıl" Biləsuvarda da suvarmadakı çətinliklərə rəğmən, zəhmət adamları tərəfindən öz keçmiş şöhrətini qoruyub saxlayır.  Torpaqların xüsusi mülkiyyətə verilməsindən sonra ötən  bu illər ərzində istehsalçılar təlabata uyğun kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün min bir zəhmətlə qol boyun oldular.

Son bir neçə ildə Biləsuvarda da texniki bitkilər sırasında pambıqçılıq öz inkişaf dövrünü yaşayır. Doğrudur, qlobal su çatışmazlığı bu sahənin də istənilən səviyyədə inkişafına təsirsiz ötüşmür, lakin torpağın dilin bilən, onunla nəfəs alan əmək adamları çətinliklə də olsa, mümkün töhfələri ilə ağ qızılın dirçəlişinə  təkan verirlər. Hər il şəxsi pay torpaqlarında və icarəyə aldığı 15-20 hektar tarlada pambıq əkən qabaqcıl fermerlərdən biri də rayonun Dəvrişli kənd sakini Rahib Surxay oğlu Eyvazovdur.   
  

"Dövlətin bizə ayırdığı əkin torpağında müxtəlif məhsullar yetişdirmişik. Növbəli əkin prinsipinə uyğun olaraq  taxıl, yonca əkmişik, əvvəlki illədə pambıq az gəlirli olsa belə, torpağı  mübitləşdirməkdək üçün bu əkinə yenidən marağımız yaranıb." Bu haqda “Bilesuvarinfo”ya fikirlərini bölüşən fermer, Hacı Rahib Eyvazov daha sonra qeyd etmişdir ki,  son 3 ildə dövlətin pambıqçılığa göstərdiyi geniş qayğı, yaradılmış əlverişli şərait pambıq əkininə marağı xüsusi artırıb. Artıq biz Biləsuvarın pambıqçılıqda olan əvvəlki şöhrətinin yenidən qayıtdığını hiss edirik. Biləsuvarlı mülkiyyətçilərin əksəriyyəti “ağ qızıl”ın istehsalında daha maraqlıdır. 

Hacı Rahib deyir ki 25 il dövlət qulluğunda çalışmışam, son 8 ildə əkin işlərinə şəxsən özüm rəhbərlik edirəm. Taxılçılıqla yanaşı, heyvandarlıq təsərrüfatımız üçün əkilən 3 ha yonca sahəsindən də gəlir götürmüşik.  Söz yox, digər əkinlər də sərfəlidir, ancaq pambıq əkməyin daha faydalı olması qənaətindəyəm. Hər il pambıq əkini üçün vaxtında 6 -7 ha sahədə şum işi aparıram. Əkin üçün “MKT" Biləsuvar filial”ı ilə müqaviləmiz olur, bütün işləri görürlər, məhsulumuzu təhvil verib, pulumuzu vaxtında alırıq. Əkdiyim "Ağ qızıl" sortudur - 50-60 sentner məhsul verir. Ədalət naminə deyə bilərəm ki, suvarmada da problemimiz olmayıb, baş aqronom Hikmət Kərimov vaxtaşırı pambıq tarlamızda olur, tələb olunan aqrotexniki qaydalara görə verdiyi göstərişlər vaxtında həyata keçirilib. Lazim olan xidmət  zavod tərəfindən vaxtlı vaxtında aparılıb. Bütün işlərimizin öz axarında olması  ailə təsərrüfatımızdakı 7 nəfərlik əmək qabiliyyətli işçinin məşğuliyyəti üçün də böyük rol oynayır. Bu mövsüm pambığın qiymətinin yenidən artırılması, məhsul subsidiyaların önəmli şəkildə nəzərə alınması mənim timsalımda bir çox pambıqçıların ürəyincədir. Yaxın günlərdə kütləvi şəkildə yığıma baslayacağıq.

Fürsətdən istifadə edib, bütün pambıq istehsalçılarına bol bəhrəli mövsüm arzulayıram - deyir.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR