II Qarabağ müharibəsində əldə olunmuş qələbə Azərbaycanın həm hərbi, həm də siyasi qələbəsi idi. Müharibədən sonra baş tutan görüşlərdə əldə olunan nəticələr Ermənistanın üçtərfli sazişə əməl etməsinə gətirib çıxardı. Brüssel səfərinədək Moskvada və Soçodə əldə olunmuş nəticələr onu deməyə əsas verirdi ki, Bürsseldə də Azərbaycanın diplomatik qələbəsi təmin ediləcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dünyaya sülhsevər münasibətimizi, qarşılıqlı hörmətə və bütün beynəlxalq qaydalaar uyğun olan mövqeyimizi sübuta yetirəcəkdir. Avropa İttifaqı Şurasının Azərbaycanla Ermənistan arasında mövcud olmuş münaqişənin aradan qaldırılmasına çağırış etməsi əslində dolayısı ilə Azərbaycanın əməkdaşlığa hazır olması ilə bağlı mövqeyinin müdafiəsi idi.Odur ki, cənab Prezidentin Brüsssel səfəri Azərbaycanı sevməyən qüvvələrin və eləcədə Ermənistanın xarici siyasətinin fiaskosu idi.
Brüssel görüşünün yekununda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin səsləndirdiyi bəyanat özlüyündə haqlı mövqeyimizin müdafiəsi idi. Azərbaycan tərəfinin “Artıq münaqişə bitib indi gələcəyə baxmaq lazımdır” fikri Şarl Mişelin fikirləri ilə də öz təsdiqini tapdı və bu mövqedən çıxış etməyimizin həm də bneynəlxalq müstəvidə dəstəkləndiyini sübuta yetirdi. Tərəflərin sülh müqaviləsinə nail olmasından ötrü edilən çağırış da əslində Azərbaycanın təklif etdiyi, ərazilərin qarşılıqlı tanınması prinsipinin, və artıq münaqişənin mövcud olmadığına dair sərgilədiyimiz mövqenin müdafiəsi idi. Bundan başqa Şarl Mişelin Regional layihələri dəstəkləməsi, bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi, əlaqələrin bərpası, Zəngəzurda dəmir yolu xəttinin çəkilişi ideyasına müsbət yanaşaması əslində Azərbaycanın mövqeyinin dəstəklənməsi və haqlı olduğumuzun sübutu idi.
Görüşdə ki, ən mühüm məqamsa, heç şübhəsiz ki, Dağlıq Qarabağ ifadəsinin işlədilməməsi, uzun illərdir öz yarıtmaz mövqeyi ilə heç nəyə nail ola bilməyən ATƏT-in Minsk qrupunun adının belə çəkilməməssi idi. Bu o demək idi ki, artıq həm Azərbaycanın, həm Ermənistanın, həm də Rüsiyanın, eləcədə Avropanın gündəliyində Minsk qrupu adlı qurum yoxdur.
Olkə daxilində 5-ci kolonun məhz Azərbaycan Respublikası Prezidentinin Brüssel səfəri ərəfəsində mintinq keçirmək cəhdi də fiaskoya uğradı. Bu mövqe Azərbaycanın mövqeyinin zəiflədilməsinə hesablanmışdı və nitəcədə özləri rəzil vəziyyətə düşüdülər. Ölkəmizdə Xalq-hakimiyət birliyinə, mövcud ictimai-siyasi sabitliyə xələl gətirmək istəyənlərin arzusu gözündə qaldı. Eləcədə Şərqi Zəngəzurda və Qarabağda kommunikasiyaların açılması fonunda görülən işlərə kölgə salmağa, qərbdəki anti-Azərbaycan dairələrinin, ayrı-ıayrı fondaların ölkəmizə təzyiq etməsi üçün bəhanələr uydurmalarına nail omaqdan ötrü çalışmaqlarına baxmayaarq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti tarixi uğura imza atdı. Heç şübhəsizki, bu nailiyyət də Azərbaycanın öz tarixi hədəflərinə çatması üçün yeni imkanlar yaradır.
Bütövlükdə ölkə Prezidentinin Brüssel səfərinin nəticələri onu deməyə əsas verir ki, bu səfər Azərbaycanımızın növbəti tarixi diplomatik nailiyyətidir.
Atəş Məmmədli
YAP Biləsuvar Rayon Təşkilatının əməkdaşı