- 20 fevral, 22:53
- 337 dəfə oxunub
- 0
Tərbiyə və təhsillə əlaqədar əksər valideynlik vəzifələri anaların üzərinə yüklənib
Əxlaqın bu səviyyəyə gəlib çıxmasının əsas səbəblərindən biri cəmiyyətdə tərbiyənin rolunun kiçildilməsindən irəli gəlir.Tərbiyənin zəiflədilməsi isə mövcud təhsil orqanlarında yarıtmaz islahatların, xüsusilə yarıtmaz kadr islahatlarının nəticəsidir. Pedaqoji kollektivlərdə 65 yaş senzinin tətbiqi, xüsusilə təcrübəli, nüfuzlu məktəb rəhbərlərinin işdən çıxarılması tərbiyə işlərinin zəifləməsinin səbəblərindən biridir.
Ali məktəblərdə psixoloji, pedaqoji biliklərin praktik öyrədilməməsi zəif müəllimlərin, xüsusilə öz ixtisaslarını bilməyən psixoloqların artması da təlim- tərbiyəyə mənfi təsir edir. Kişi müəllimlərin sayının azalmasının da şagirdlərə mənfi təsiri var.
Valideynlərin nəzarəti çox zəifdir. Onlar öz işlərini övladlarının maddi təminatını yaxşılaşdırmaq,əlavə məşğələlərə pul verməklə bitmiş hesab edirlər. Kişilər tərbiyə və təhsillə əlaqədar bütün valideynlik vəzifələrini ananın üstünə atmışlar.
Harada hər iki valideyn məktəb və müəllimlə birgə çalışır,uşaqlarının tərbiyəsinə birgə qayğı göstərirlərsə, orada uğur vardır.
Divarda kiçik bir çat yarandıqda dərhal təmir olunmursa,qarşısı alınmırsa,o çat tədricən böyüyür,divarı dağıdır.
Cəmiyyət məktəbi diqqətdən kənarda saxladığı, ona lazımi qayğı göstərmədiyi üçün məktəb də cəmiyyətdən intiqam alır.
Aydın Əbilov, təqaüdçü-müəllim.