» » Biləsuvar Peşə Liseyi - sabaha yeni baxış yolunda


Biləsuvar Peşə Liseyi - sabaha yeni baxış yolunda

Əliheydər Əlifli 1993-cü ildə Biləsuvar rayonun Zəhmətabad kəndində dünyaya gəlib. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında tarix və coğrafiyə müəllimiliyi ixtisası üzrə təhsil alıb. Ali təhsilini başa vurduğu il (2014 – cı ildə ) MİQ imtahanında iştirak edib və könüllü olaraq Yardımlı rayonnun Arvana kənd orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətə başlayıb.  O, 2017 - ci ildə müəllimlik fəaliyyətini Biləsuvar Peşə Liseyində davam etdirib. 2019-cu ildə Biləsuvar Rayon Təhsil şöbəsində çalışıb. Bir il sonra Biləsuvar rayon İcra Hakimiyyəti yanında «Gənclərin məşvərət şurası»nın sədri təyin edilib. Daha sonra «Yeniləşən dövlətə dəstək» ictimai birliyinin Şirvan şəhər bölməsinin sədri olaraq fəaliyyət göstərib. Bir müddət Şirvan Peşə Liseyinə rəhbərlikdən sonra,  2022 – ci ilin fevral ayından Biləsuvar Peşə Liseyinə direktor təyin olunub. 

179 illik tarixə malik olan Azərbaycan ilkin peşə-ixtisas təhsili ölkə iqtisadiyyatnın peşə təhsilli kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır. Azərbaycan təhsil sisteminin strukturunda ilkin peşə-ixtisas təhsili xüsusi yer tutur. Ölkədə peşə təhsili kəmiyyət və  keyfiyyət baxımından sürətli inkişafı ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlamışdır. 1970-ci ildə respublikada 76 ilkin peşə-ixtisas məktəbi fəaliyyət göstərir və onlarda 40,9 min şagird təhsil alırdısa, 1982-ci ildə bu rəqəmlər müvafiq olaraq 182-yə və 109,0 min nəfərə çatdırılmışdır.

“Bilesuvarinfo” ya bunları deyən Biləsuvar Peşə Liseyinin direktoru Əliheydər Əlifli qeyd etdi ki, müstəqilliyimizin ilk illərində durğunluq heç şüphəsiz  peşə təhsili müəssisələrinin fəaliyyətinə təsirsiz ötüşməzdir. Anacaq ümümmili lider Heydər Əliyevin Azərbaycanımızın dirçəliş mücadiləsindən sonra,  bu sahəyə də diqqəti artır.  İqtisadiyyatımızın artan templə yüksəlişi, yeni fabrik və istehsal müəssisələrin fəaliyyəti  ilkin peşə məktəblərinə statusuna yenidən baxılmasına gətirdi. Peşə təhsilinin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsinin son illər dünya standartları səviyyəsində həyata keçirilməsi insanlar tərəfindən sonsuz maraqla qarşılanır:

- Bu gün bazar iqtisadiyyatı yolunda inamla addımlayan ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlayan peşə təhsili sisteminin yaradılması böyük əhəmiyyət kəsb edir. Peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyəti  qeyri-neft sektorunun davamlı inkişafı hesabınadır. Hər ötən gün əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına artan tələbatı, bu tələbatın ödənilməsinə imkan verən çevik və bazaryönümlü peşə təhsili sisteminin inkişaf etdirilməsini tələb edib.

Məhz bütün bunlar nəzərə alınaraq, son illərdə  Azərbaycanda peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılaraq, ilk peşə-ixtisas təhsili sahəsində yeni dövlət siyasətinin həyata keçirilir. Agentliyin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O cümlədən Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirir.

Peşə təhsili müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi yeniləşən dünyamızda bu sahəyə yeni yanaşma tələb edir. Peşə təhsilinin dünya standartları səviyyəsinə çatdırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub: “BMT-nin İnkişaf Proqramının icra etdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində praktik təlimlər və interaktiv tədrisin təşkili üçün TV studiya korpusu inşa olunub. Mərkəzdə 4 ixtisas üzrə 6 qrupda dual sistem tətbiq olunur. 

Azərbaycanda peşə təhsilinə göstərilən bu diqqət, qayğı bu sahəyə olan marağı artırır. 2021-ci ildə elektron tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Ötən illə müqayisədə qəbul olanların sayı 12 faiz artıb. 2021-2022-ci tədris ilində isə ilk dəfə olaraq 4 regionda 6 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsilinə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib.

Biləsuvar Peşə Liseyində bu gün “Kompüter üzrə operator”, Qaynaqçı, “Dərzi”, “Arıçı” və “Tərəvəz ustası” ixtisasları üzrə kadrlar hazırlanır. Liseydə təlim – tədris prosesi professional mühəndis – pedoqoji heyət tərəfindən yüksək səviyyədə təşkil olunur. Şagirdlər seçdikləri peşəni dərindən öyrənmələri üçün hər cür şərait yaradılıb, müxtəlif növ müasir avadanlıqlarla təmin olunan emaltxanalarda, əyani və praktiki olaraq seçdikləri peşələrin sirlərinə yiyələnməyə çalışırlar. Onaların maddi ehtiyaclarını qarşılamaq və daha yüksək səviyyədə təhsil almaqlarına situmul  olsun deyə təqaüdləri artırılıb, innovativ və yenilikçi gənclərin peşə təhsilinin idarəetməsinə çəlb olunub. Biləsuvar peşə liseyi Biləsuvarda və qonşu rayonlarda olan bir çox dövlət və özəl müəssisələr ilə tələbələrin təlim- təcrübə keçmələri üçün müqavilələr də bağlayıb. Bu peşələr üzrə şagirdlərə ümümilikdə 50 istehsalat təlimi ustası və nəfər müəllim dərs keçir. Rayonda da peşə təhsilinə marağın atması yeni tədris ilində şagirdlərin qəbulunda özünü göstərir. Belə ki, qəbul ötən il 192 nəfər idisə,  bu il 249 nəfərə çatdırılıb. Onu da qeyd edim ki, ötən tədris ilində məktəbimizn bitirən 74 məzunumuzdan 2 nəfəri təhsilini fərqlənmə diplomu ilə baş vurub. Hətta yaşlı nəsilin nümayəndələri də peşə təhsilinə xüsusi maraq göstərmiş, məzunlarımızdan birinin yaşı 62 olub. 

Biləsuvar Peşə Liseyində yeni ixtisaslar üzrə müasir maddi-texniki bazanın yaradılması istiqamətdə də işlər davam etdirilir. Hazırda məktəbimiz üçün tikintisi aparılan müasir  qazanxana nəzərdə tutulan istilikxananın, bitikiçilik mütəxəssislərinin hazırlanmasına da imkan verəcək. İşə götürən müəssisələrin müraciəti əsasında yeni - elektrik mantyoru, baytar köməkçisi  ixtisaları üzrə təhsilə başlayacayıq. Həmçinin troktorçu – maşinist ixtisası açılması da məktəbin maddi-texniki bazasının formalaşdırılmasını tələb edir ki, buna da çalışırıq. Biləsuvar rayonun qabaqçıl pambıqçılıq rayonlarından olması, bu sahədə çalışacaq yeni mütəxəssislərin yetişməsini zərururi edir. “Bitkilçilik mütəxəssisi- pambıqçılıq” ixtisasının yaradılması da qarşıda duran hədəflərimizdəndir. 

Bu ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi də yəqin ki, heç kəsdə şübhə doğurmur. İndi əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Tam səmimi olaraq deyə bilərik ki, Biləsuvar Peşə Liseyində təqdim olunan mövcud ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR