» » Abituriyentlərin nəzərinə! - 2024-cü ildə II və III ixtisas qrupları üzrə


Abituriyentlərin nəzərinə! - 2024-cü ildə II və III ixtisas qrupları üzrə

Mövzunun vacibliyini nəzərə alaraq, bildiririk ki, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək.

Məlumat üçün bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən, qeyd olunan faktlara dair bilgilər almayıblar.

2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri Azərbaycan dövləti 2023-cü ildə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan bərpa və tikinti-quruculuq, azərbaycanlı sakinlərin öz doğma yurduna qayıtması işini davam etdirmişdir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Laçın şəhəri və Zabux kəndinə, Füzuli şəhərinə və Tərtər rayonunun Talış kəndinə yüzlərlə ailənin qayıdışı təmin edilmişdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurun 8 şəhərinin baş planı hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilmiş, onun da iştirakı ilə onlarla kəndin təməli qoyulmuşdur.

Vətən (İkinci Qarabağ) müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2023-cü ilin iyulunda verdiyi sərəncama əsasən, hər il müvafiq günlərdə – işğaldan azad edildiyi tarixlərdə azad edilmiş ərazilərdəki şəhərlərin günlərinin təntənəli şəkildə qeyd olunması qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərəncamdan bir neçə gün sonra 26 avqustda – Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçdiyi günün ilk ildönümündə “Laçın Şəhəri Günü” münasibətilə həmin şəhərdə təşkil edilmiş bayram şənliklərində iştirak etmişlər. Səfər zamanı işğaldan azad edilən ərazilərə qayıdan vətəndaşları iş yerləri ilə təmin etmək üçün Laçında bir sıra təsərrüfat obyektləri və sənaye müəssisələrinin açılışı olmuş, bir neçə kiçik su elektrik stansiyası istifadəyə verilmiş, Kəlbəcərdə “İstisu” mineral sudoldurma zavodunun və keçmiş Azərbaycan SSR-də İttifaq əhəmiyyətli ikinci böyük kurort hesab edilən Müalicə-İstirahət Kompleksinin tikintisinə də baxış keçirilmişdir.

Səfər çərçivəsində həmçinin qardaş Özbəkistan Respublikasının maliyyəsi ilə Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin və əsaslı təmirdən sonra Laçın rayon 2 nömrəli tam orta məktəbin açılışı olmuşdur. 2 Azad edilən ərazilərdə səmərəli yol-nəqliyyat infrastrukturunun yaradılması prosesi sürətlə davam etdirilir. Hazırda mürəkkəb relyefli ərazilərdə çoxlu sayda tunellərin qazılması ilə çəkilən Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın yolları da daxil olmaqla 10-dan çox mühüm yol layihəsi icra edilir. Lakin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Ermənistana məxsus silahlı birləşmələrin və digər qanunsuz hərbi dəstələrin mövcudluğu Azərbaycanın suverenliyi üçün böyük təhdid olub, həyata keçirilən böyük qayıdış, tikintiquruculuq işlərinə ciddi maneə törədirdi. İkinci Qarabağ müharibəsi başa çatandan sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş, yaxud ağır yaralanmışdır. 2023-cü ilin aprelində Laçında sərhəd-buraxılış məntəqəsi qurulanadək Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bu minaların 2021-ci ildə Ermənistanda istehsal edilməsi müharibədən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün gətirildiyini göstərir.

2023-cü il sentyabrın 19-da səhər saatlarında Xocavənd rayonu ərazisində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı oldu. Elə həmin gün Azərbaycan lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə başladı.

2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsinin səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
   -1. Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq, eləcə də 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin mayında Brüsseldə Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə keçirilən görüşlərdə rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsinə baxmayaraq, Qarabağda yerləşən silahlı qüvvələrini bölgədə saxlamaqda davam etməsi, buradakı qanunsuz xunta1 rejiminə siyasi və maliyyə dəstəyi göstərməsi;

xunta(ispan dilindən tərcümədə “toplantı”, “komitə”, “birləşmə” deməkdir) – hərbi çevriliş yolu ilə hakimiyyətə gələnlər dəstəsi; siyasi hakimiyyəti devirərək idarəçiliyi ələ alan hərbi rejim. Daha çox ispandilli ölkələrdə işlənsə də, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə edilir.

  -2. Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərə Ermənistanın qeyri-qanuni yollarla əsgər, silah, texnika göndərməsi;
  -3. 2020-ci ildə azad edilmiş ərazilərin yaxınlığında qanunsuz silahlı birləşmələrin mühəndis-istehkam qurğuları qurmağa cəhd göstərməsi, mina terroru həyata keçirməsi, şəhər və məntəqələri davamlı olaraq müxtəlif silahlardan atəşə tutması;
  -4. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq qanunsuz “prezident seçkiləri”nin keçirilməsi;
  -5. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistanın və qanunsuz xuntanın Qarabağdakı erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hər vasitə ilə mane olması;
   -6. Ermənistanın dünya ictimaiyyətinə yalan xəbərlər yayaraq, Qarabağdakı erməni əhalisinin guya ac qalması və bölgədə humanitar böhranın yaşanması haqqında Azərbaycanın dünyadakı imicinə xələl gətirməyə çalışması.

Azərbaycan Respublikası suveren dövlət olaraq ərazisində onun üçün təhlükə mənbəyi olan qanunsuz hərbi birləşmələrin mövcudluğu ilə qətiyyən barışa bilməzdi və buna görə də zəruri addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirləri nəticəsində qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı, onlara məxsus 90-dan çox hərbi mövqe dağıdıldı, Ermənistana məxsus ordunun böyük hissəsi tamamilə məhv edildi. Düşmənin çoxlu sayda silah-sursat və hərbi texnikası sıradan çıxarıldı. Qalan erməni silahlı birləşmələri təşviş içində döyüş mövqelərini qoyub qaçdı. Azərbaycanın müzəffər ordusu tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhəri və Əsgəran qəsəbəsi də daxil olmaqla bütün yaşayış məntəqələri düşməndən təmizləndi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və yüksək dəqiqliyə malik silahlardan istifadə etməsi nəticəsində yalnız hərbi infrastruktur sıradan çıxarıldı, mülki infrastruktura və əhaliyə ziyan dəymədi. Antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının 192-si şəhid olmuş, 500-dən çoxu yaralanmışdır. Qəhrəman Azərbaycan hərbçiləri Vətən uğrunda, Azərbaycanın 4 suverenliyi yolunda öz canlarını fəda etmişlər. Lokal antiterror tədbirləri nəticəsində Xankəndidəki xunta ağ bayraq qaldıraraq sentyabrın 20-də təslim oldu.

Qarabağın erməni əhalisinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də aşağıdakı şərtlər qəbul edilməklə lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:
     Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, Azərbaycandan tamamilə çıxarılmalıdır;
     Eyni zamanda, bütün silahlar və texnikalar təhvil verilməlidir.

2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun həyata keçirdiyi, uğurla başa çatan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası Qarabağ bölgəsində öz suverenliyini bərpa etdi. Ermənistanın və dünya ermənilərinin Azərbaycan ərazisində qondarma dövlət yaratmaq cəhdinə son qoyuldu, “Qarabağ problemi” bitdi. Azərbaycan postsovet məkanında ərazisində etnik münaqişə olan respublikalar içərisində öz ərazi bütövlüyünü və suverenliyini təmin edən ilk və yeganə dövlətdir. Bu, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur.

Lokal antiterror tədbirləri nəticəsində Ermənistanla sülh danışıqları yolunda əsas maneələrdən biri aradan qaldırıldı. Vaxtilə məcburi köçkün düşmüş azərbaycanlı əhalinin doğma torpaqlarına qayıdışı üçün real imkan təmin edildi.

2023-cü il sentyabrın 28-də Xankəndidəki hərbi xunta “Dağlıq Qarabağ Respublikası” adlandırılan qondarma qurumun buraxıldığını elan etdi. Qanunsuz silahlı birləşmələr tərk-silah olundu, onlara məxsus silah-sursat müsadirə edildi, döyüş mövqeləri, dayaq məntəqələri və istehkam qurğuları dağıdıldı. Antiterror tədbirləri nəticəsində azad edilən ərazilərin, yolların, yaşayış məntəqələrinin silahsızlaşdırılması sahəsində mühüm addımlar atılmışdır. Ağdam-Xankəndi yolu və digər nəqliyyat-kommunikasiya xətlərinin normal fəaliyyəti təmin olunmuşdur.

Qarabağdakı kriminal xunta rejiminin rəhbərləri, hərbi cinayətlərə görə beynəlxalq axtarışa verilmiş, əli günahsız azərbaycanlı əhalinin qanına batmış, 5 Xocalı və digər soyqırımlarını törətmiş şəxslər həbs edilərək, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilmişdir. Bu qəbildən olan cinayətkarların Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verməsi və layiqli cəzalarını alması prosesi davam etdirilir.

Qarabağda Ermənistanın və qondarma rejimin girovluğundan azad edilən erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təmin etmək üçün Azərbaycan dövləti tərəfindən mühüm addımlar atılmışdır. Lokal antiterror tədbirlərindən keçən qısa müddətdə Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi məsul şəxslə erməni əhalinin nümayəndələri arasında Yevlaxda və digər şəhərlərdə görüşlər keçirilmişdir. Görüşdə erməni əhalinin ehtiyacları haqqında səsləndirilən təkliflərə Azərbaycan hökuməti dərhal reaksiya vermiş, Xankəndiyə ərzaq, yanacaq və digər zəruri məhsullar çatdırılmışdır.

Reinteqrasiya prosesini tənzimləmək üçün Azərbaycan Respublikası Prezident Administrasiyasının İşçi Qrupu yaradılmışdır. 2023-cü il sentyabr 24-də Xankəndi şəhərinin Ermənistan enerji sistemindən ayrılaraq Azərbaycanın enerji sisteminə qoşulması təmin edilmişdir. Azad edilən şəhər, kənd və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hakimiyyət orqanlarının yaradılması tədbirləri həyata keçirilir. Xankəndidə polis, təcili tibbi yardım, əhalinin sosial müdafiə fondu və s. fəaliyyətə başlamışdır. Hazırda Qarabağda yaşayan erməni əsilli sakinlər qeydiyyata alınır, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərə birbaşa və ya yaradılmış xüsusi portal vasitəsi ilə müraciət imkanları təmin edilmişdir.

Qarabağı könüllü olaraq tərk edən erməni əhalinin bölgədən dinc şəkildə köçüb getməsini Ermənistan və ona havadarlıq edən bəzi dövlətlərin informasiya kanalları öz məkrli niyyətlərinə uyğun olaraq “etnik təmizləmə” kimi təqdim etməyə çalışır və dünya ictimaiyyətinə yalan məlumatlar yaymaqda davam edirlər. 2023-cü ilin oktyabrın 1-də Azərbaycan Respublikasının təklifi əsasında Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Xankəndiyə və digər azad edilən bölgələrə səfər etdi. Vəziyyətlə yerində tanış olan BMT missiyasının Bəyanatında Xankəndi şəhərində və digər yerlərdə mülki infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəymədiyi qeyd olunmuşdur. Bu 6 Bəyanat Ermənistanın və digər beynəlxalq qüvvələrin Qarabağda yaşayan erməni əhalisinə qarşı “etnik təmizləmə” aparılması haqqındakı iddialarına böyük zərbə olub, Azərbaycana qarşı irəli sürülən ittihamların əsassızlığını sübuta yetirir. Bəyanatdan aydın olur ki, Azərbaycan hökuməti tərəfindən Qarabağın erməni əhalisinə qarşı heç bir təqib, siyasi, mədəni və dini baxımdan təzyiq olmamış, erməni sakinlər bölgəni öz istəkləri ilə tərk etmişlər. Azərbaycan dövləti onlar üçün etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının malik olduğu bütün imkan və hüquqları təmin etməyə hazır olduğunu və bu sahədə artıq bir çox mühüm addımlar atıldığını dəfələrlə bildirmişdir. Halbuki bəzi Qərb dövlətləri və “beynəlxalq ictimaiyyət” Ermənistan və Qarabağdan bir zamanlar qovulan azərbaycanlılara eyni münasibəti göstərməmiş, onların təməl insan hüquqları və humanitar ehtiyaclarına ikili standartla yanaşmışdır.

Antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası bütün Qarabağı tam nəzarəti altına alaraq bölgədə öz Konstitusiya quruluşunu bərpa etmişdir. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Azərbaycanın qəhrəman ordusu tərəfindən yenicə azad edilmiş Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Ağdərə, Xocavənd, Xocalı və Xankəndi şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilmişdir. Azərbaycan Prezidentinin çıxışından sonra Silahlı Qüvvələrin parad heyətlərinin hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi olmuşdur. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı düşməndən müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilmişdir. Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhə nümayiş olunmuşdur. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR