- 22 aprel, 01:14
- 1 766 dəfə oxunub
- 0
Rüstəmlə dağıdılan Biləsuvar küçələri Əflanla “malalanır”
Mən bu mövzuda hər hansı yalnış fikirə yol versəm, öncədən hər kəsdən üzür istəyirəm. 11 ildə eşitdiklərim ( gördüklərim ) emosional olmağımdır, bir qədər tənqidi fikirlər bölüşməyə məni məcbur edən.
Bəzilərinə pafoslu səslənəcək bu qeydlərin arxasında təkzibolunmaz faktların durmasına bəs nə deyək?. Axı, necə ola bilər, dövlət 60 milyon manatını vətəndaşının rahatlığı üçün xərcləyir, vətəndaşlar işin sonunu səbrlə gözlərkən, həyata keçirilən mühüm dövlət layihəsinin gerçək taleyi şübhə altında olmalı?.
… Hələ Biləsuvar şəhərində kanalizasiya çəkilişi və içməli su təchizatının yaxşılaşdırılması üçün işlərə başlanılarkən deyilən nöqsanlara “ağzı göyçəklərin söhbəti” dir düşündük. Bu zaman, həmyerlimiz olan veteran mühəndisin, bu mövzuya münasibətdə ”bu dərəcə də ağ olmaz bala, belə işlərdə “çak-çuk”da omalıdır da - deməsi təsəllimiz oldu.
11 ilə çatan bu dövr ərzində haqlı olaraq Biləsuvar şəhər içtimaiyyəti arasında söz-söhbətin əsas mövzusu yarıtmaz kanalizasiya sistemi ilə bağlı odu: ”Biri dedi - evim çartladı, biri dedi - hasarım aşdı, bir qism insan isə icraya qaçıb şikayət etdi: ” Ay amandı, küçəmiz palçığa batıb”. Başa düşənlər də, bilməyənlərə izah etdi ki, iş olan yerə problem də olmalıdır, səbrli olaq, 70 ildə şəhərimizin kanalizasiyası olmayıb, inşəallah işə düşəndə, böyük faydasını görəndə, əziyyətimiz yaddan çıxacaq.
Zaman gəldi, Biləsuvar şəhərində yeni içməli su sistemi istismara verildi. Həmin ərəfədə möhtərəm Prezidentimiz İlham Əliyev də Biləsuvar şəhəri sakinləri ilə bu sevinci bölüşdü: “ Bu böyük tarixi layihədir. Biləsuvar şəhərinin içməli su ilə təminatı bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu böyük nailiyyət, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problem həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. ”. Bəli, Biləsuvar əhalisi bir daha əmin oldu ki, cənab Prezidentin siyasətinin, ölkədə görülən hər bir işin arxasında insan faktoru durur. Dövlət hər vəcdlə öz vətəndaşının daha yaxşı yaşamasına çalışır.
Ancaq, deyəcəyim acı təəssüfedici məqam - kanalizasiya çəkilişi işlərinin Biləsuvar şəhərində podratçı təşkilat tərəfindən yarıtmazlığı - görülən işlərinin yarımçıq və keyfiyyətsizliyidir. Daha öncə də vurğulanan, dövlət zaman-zaman öz vətəndaşının yaxşı yaşaması üçün sosialyönümlü layihələrin miqyasını artırarkən, hansısa məmurun (və ya məmurların) mühüm dövlət layihəsini şəxsi maraqlarının qurbanına çevirməsidir. “ Şər deməsən, xeyir də olmaz “ məsəli ilə özümüzə təsəlli də verib, ötən müddət ərzində işin tam yekununu, istismara verilməlməsini gözləməli olduq. Gəlin geridə qalan bəzi tör - tökütülərə nəzər salaq.
Biləsuvar şəhərində kanalizasiya çəkilişi işləri, həmin vaxtlarda iş icraçısı Rüstəm Məmmədovla başladı və işin əsası onun zamanında görüldü. Elə həmin vaxtlar, öncə kommunist ağsaqqal mühəndisin münasibəti, bir də bu haqda tutarlı faktları heç kimin açıqlamaması, ağızdan eşidilən faktları yazmağın həqiqəti əks etdirməyəcəyində ehtiyat edib, susmağa üstünlük verirdik. Bununla belə, yerli “Region Press” qəzetimizdə (20 mart 2015 – ci il tarixli, 36 saylı) “Rüstəm bəy və komandası” başlıqlı yazıda bu sahədə görülən işlərdə çatışmazlığa aydınlıq gətirməyə çalışdıq, nə edək, aidiyyəti qurumlar, nə yerli icra oraqanı bu mövzuda münasibət bildirmədilər .
Beləcə, aylar - aylara, illər illərə calandı. Bir müddət sonra sakinləri, elə rayon icra hakimiyyətini də düşündürən, kanalizasiya işlərinin yarımçıq qalması yox, yarımçıq işələrlə dolu dağıdılan küçə yollarının qumlanması, asfalt örtüyünün qoyulması oldu. Kanalizasiya çəkilişi işləri sanki olmamış kimi unuduldu, yaddan çıxdı. Bu zaman bir çox küçələrə (T.İsmayılov, H.Aslanov və s.) qoyulan afalt örtüyü keyfiyyətsiliyindən tez sıradan çıxır. Hə, bu azmış kimi, S. Rufullayev, B.Abbasov və s. küçələrdə abonent birləşmələri qoyulmadan yolun asfaltlanması, sözsüz həmin küçələrin yenidən qazılmasına gətirəcək ki, bu da, öz növbəsində əlavə vəsaitin xərclənməsi də demək - deyilmi?.
Son iki ilə yaxın dövr ərzində Biləsuvar şəhərində küçə yollarının qum- çınqıllanması tam həyata keçirilib. Ən sonda M. Müşfiq, Ş. Qurbanov, B.Vahabzadə küçələrinə də asfalt örtüyü yüksək səviyyədə qoyulub və bu iş davam etdirlir. Ancaq yenə, təəssüfedici məqam xeyli ərazidə, təmir - bərpa zamanı kanalizasiya lüklarının yaddan çıxaraq asfalt örtüyünün altında qalması, həmçinin yarımçıq qalan abonent birləşmələrinin yolların bir daha dağıdılmasına gətirəcək.
… 2021-ci il, 18 aylıq tam fasilədən sonra, nəhayət kanalizasiya işləri başladı, yarımçıq işlər Nizami, M.F. Axundov və Heydər Əliyev küçələrində magistral xəttlərin birləşdirilməsilə başladı. Yenə sakinlərin nəzəri küçə və palçıqlı, tozlu səkilərə dikəldi. Yaman günün ömrü az olar, artıq işlər yekunlaşır, bircə yarımçıq işimiz, budur e… xəstəxanının yanında qaldı. Ekstermal vəziyyətlərdən çıxmaqda peşəkar olan, sabiq hərbçi Əflan müəllim buranı çəmi üçcə günə həll etdi. Yenə toz-duman ərşə çəkildi, tikinti normalarını saya almadı. Bu tozu, torağı yağış suyu bir gün küçədən aparsa da, ən böyük ziyanları torpağın altında yatırmağı bacardı.. .
Ümumilkdə götürdükdə, Biləsuvar şəhərində kanalizasiya xəttlərinin çəkilişində çoxsaylı nöqsanlara yol verilib. Daha ciddi narahatçılıq, Vaqif küçəsində ( 40 saylı Yol İstismarı idarəsinin yaxınlığında) nasosxanın da qoşulduğu xəttlə bağlı olması göstərilir. Burada yeraltı boru birləşmələrinin düzgün işlənilməməsi, nasosxana işlənərkən kanalizasiya suyunun axınında əlavə problemə yol açacağı - deyilir.
Mütəxəssis açıqalamasına nəzərən, kanalizasiya çəklişi işlərinin böyük qismi tikinti normaları gözlənilmədən aparılıb. Belə ki, qazılan kanalizasiya xəndəklərindən çıxan torpaq 15 km. az olmayan kənara ( torpağın kimyəvi tərkibi və s. səbəbə görə ) daşınmalıdır. Yeni xəttlərin birləşməsindən sonra xəttlərin üstü narın qumlarla doldurularkən, təhlükəsizlik lentası da çəkilməlidir. Biləsuvar şəhərində nəinki küçələr, heç magistral kanalizasiya xəttləri çəkiləkən bu qaydalara əməl olunmadı. Qazılan xəndəklərin bərkidilmə işləri aparılmadan tələsik doldurulması, bir müddətdən sonra salınacaq yol yatağında çökmələr də əmələ gətirir.
Dərinliyi 3 metirdən çox quyularda quraşdırılmalı olan nərdivanlar unudulub. Quyu qapaqlarının qalınlığı heç də nəzərdə tutulan qalınlıqda deyil. Bir çox küçələrdə ( Ş. Mustafayev, Bakı, T.İsmayılov və s.) qoyulan abunə quyularının zavod istehsalı əvəzinə, beton borularla hazırlanması, təzyiqə az davamlı olur, izoliyasiyasının zəifliyi sızmalara gətirəcək.
Mütəxəssis açıqlamasında o da vurğulanır ki, tikintisi tamamlanılan kanalizasiya xəttlərində yekunda test yoxlamaları ( hava, su) aparılmalıdır. Heç şübhəsiz ki, “Azərsu” tərəfindən artıq təhvil verilən xəttlərdə real vəziyyət tam araşdırılsaydı, çiddi nöqsanlar ortaya çıxmış olardı. Elə tikinti normaları saya alınmadan Mübariz İbrahimov küçəsində, ( Biləsuvar RPŞ-ə yaxınlıqda sabiq iş icraçısı Rüstəm Məmmədovun yaratdığı) daşıyıcı kanalizasiya xəttində ortaya çıxan eyiblər işə olan nəzarətin daha bir göstəricisi olub. Kanalizasiya lükundan “fontanın” əmələ gəlmə səbəbi, buradakı quyudan xəttin digər istiqamətə düzgün birləşdirilməməsi olub.
Bu kimi çatışmazlıqların digər ərazilərdə də olmasını göstərmək olar.
P . S : Biləsuvar şəhərində dövlət əhəmiyyətli bu mühüm layihənin qalibi “Təmir-Tikinti” MMC - ni qazancın davamı da düşünür. Biləsuvar şəhərinin kanalizasiya çəkilişində çatışmazlıq və yarımçılıqları tələsik ört basdır edib, düzüb-qoşmaqla layihənin təkib hisəsi olan, “Arıtma məntəqəsi”nin tikitisinə də çalışır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu cür məntəqələr istehsal əhəmiyyətli, üzvü gübrələrin emalı üçündür.
Bu işdə sahə rəisi olsa da, görülən son işlərdə prorab, iş icracısı, həm də topoqraflıq misiyasını icra edən (?) Əflan Tağıyevdir. Əflan müəllim də rəhbərliyin tapşırıqlarının öhdəsindən uğurla gəlməyi bacarıb. Bütün yarımçıqlıqları, hansı işin necə aparılmasından asılı olmayaraq, əsas odur işi yekunlaşdırmığı bacarıb. Heç, layihənin baş mühəndisi Zakir Musayevin və iş icraçısı Vahid Tofiqovun əziyyət çəkməsini də istəməyib. İşin sonunun bütün “ağırlığı və uğurluğunu” təkbaşına boynuna götürüb.
Deyilənlərə bağlı qarşı tərəfin münasibətini öyrənmək bizim peşə borcumuzdur. Aydınlıq gətirməyin bir qədər gec olması, real imkanlarmızın məhdud olması səbəbindəndir. Bu yazını qabaqcadan dərc etdik. Qarşı tərəfin deyilənlərlə bağlı münasibət bildirsə, dərc etməyə hazırıq.
* * *
Kanalizasiya çəkilişini həyata keçirən şirkətinin baş mühəndisi Zakir Musayevin məsələyə münasibətini öyrəndik. O, söylənilən çatışmazlıqlara münasibətini bildirmişdir ki, lahiyədə göstərilən işlər tərəfimizdən artıqlaması ilə görülüb. Qeyd edilən nöqsanlar həqiqət deyil. Abonent birləşmələri olmayan küçələlə bağlı xüsusilə vurğuladı: ”Layihə təsdiq olunarkən qeyd olunan abonentlərin sayı indikindən az idi, əlavə işlər üçün sifariş aldıqdan sonra, bu iş də tamamlanacaq” Əflan Tağıyev isə, ətraflı danışmaqdan imtina etdi. Bildirdi ki, layihədə bizə nə təqdim olunub, artıqlaması ilə görmüşük.