» » Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd edildi


Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd edildi

Biləsuvarda akademik Zərifə xanım Əliyevanın  anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, tədbir Biləsuvar  rayon  İcra  Hakimiyyətinin, YAP Biləsuvar  Rayon  Təşkilatının  və Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı  ilə  görkəmli  oftolmoloq alim, akademik  Zərifə xanım Əliyevanın anadan  olmasının  102-ci  ildönümünə  həsr  olunmuş  tədbir  keçirilib.

Biləsuvar  Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Biləsuvar  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli qeyd edib ki, Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tibb elminə öz əvəzsiz töhfələrini verən şəxsiyyətlərdən biridir. Onun həyatı elmi nailiyyətlər, ailə dəyərləri və xalqına göstərdiyi xidmətlərlə dolu bir ömrün parlaq səhifəsidir. Zərifə xanım alim  kimi elmə verdiyi töhfələri,  səmimiliyi,  vətəndaşlıq  mövqeyi ilə yanaşı həm də, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Onun hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri bu gün də ehtiramla xatırlanır.

Tədbirdə  YAP Biləsuvar Rayon  Təşkilatının  sədri Kamil Qurbanlı çıxış edərək bildirib ki,   gözəl ana və vəfalı ömür-gün yoldaşı olan akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. O, dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub.

Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəis müavini Emin Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, Biləsuvar  Mərkəzi rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru Asif Əhmədov və başqaları çıxış edərək Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti, onun tibb sahəsindəki xidmətləri haqqında ətraflı məlumat verdilər. 
Qeyd olunub ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verməklə yanaşı 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Tədbir Zərifə xanım Əliyevanın ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarxın nümayişi və bədii hissə ilə davam etdirilib.








Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan