- 21 fevral, 23:43
- 751 dəfə oxunub
- 0
Günahı valideyində, müəllimdə, yoxsa hamıda axtaraq?
Dəyərli Ali Baş Komandanımız İlham Əliyev demişdir: Bizlərə qələbə sevinci yaşadan, dünyanın hərb tarixinə görünməmiş yenilik gətirən Azərbaycan əsgərinin vətənpərvərlik tərbiyəsində böyük roluna görə biz məktəbə, müəllimlər Ordusuna minnətdarıq.
Bizlər, bütün təhsil fədailəri bununla qürur duyuruq. Lakin son günlərdə bəzi təhsil ocaqlarında baş verən xoşagəlməz hadisələrə görə respublikanın təhsil sistemini, məktəbləri, müəllimləri günahlandırmağı qəbul etmirəm.
Bildiyimiz kimi cəmiyyətin əsasını ailələr təşkil edir. Cəmiyyətin inkişafı isə insanlar arasında olan münasibətlərdən qaynaqlanır. Qonşunun qoşu ilə, məktəblinin məktəbli ilə, dostun dostla qarşılıqlı xoş münasibətləri cəmiyyətimizin inkişafına gətirib çıxarır.
Cəmiyyətdə belə münasibətlərin pozulması zaman-zaman ulularımızı, mütəfəkkir yazıçı və şairlərimizin, dövlət xadimlərimiz narahat edib, düşündürür.
Elə buna görə də övladın tərbiyəsi ilk gündən ailənin üzərinə düşür. Bu həmişə belə olub, bu gün də belədir. Deməli tərbiyədə ilk söz ailəyə məxsusdur.
Uzun illərin pedaqoji təcrübəmə söykənərək deyirəm: Məktəbli şagird gəldiyi, tərbiyə aldığı evin güzgüsüdür. Yerində olan heç bir valideyin onun adına olan güzgüyə ləkə düşməsini istəməz.
Yaşadığımız bu günki cəmiyyət daima inkişaf etməkdədir.Yeni texnologiyanın, internet resurslarının bolluğu yeni nəslin gözləri önündə baş verir. Bütün bunların fonunda insanların maraq dünyasında da müxtəliflik yaranır. Övladlarımızın gözləri önündə baş verən bu hadisələr bu və ya digər dərəcədə onların əxlaqında xoşagəlməz izlərə meyillik yaradır.
Son günlərdə Respublikamızın bəzi məktəblərində baş verən xoşagəlməz hadisələr hamını, uzun pedaqoji təcrübəm olduğundan məni də çox narahat edir. Düşünürsən: Bu nə deməkdir?. Hadisəni alovlandırmaq, ona stimul verən nədir?. Günahkarı valideyində, müəllimdə, rəhbərlikdə, yoxsa ümumi cəmiyyətdə, hamımızda axtaraq?.
Yuxarıda söylədim: "Uşaq ailənin güzgüsüdür". Deməli ailə, onun evdə yaratdığı mühit övladının tərbiyəsində, gələcək inkişafında silinməz iz buraxır. Bizlərə qələbə sevinci yaşadan, torpaqlarımızı düşməndən azad edən, yüksək əxlaqi,mənəvi dəyərləri ilə başqalarına örnək olan minlərlə ailələrimiz, yaxşılarımız, qürur duyduğumuz ailələr bu gün də var.
Amma daima problemlərlə qaynayan, ata-ana münasibətlərinin pozulduğu, şiddətin tüğyan etdiyi ailələr də cəmiyyətimizdə az deyildir. Bax belə ailələrdən gələn şagirdlərlə vaxtaşırı söhbətlərin aparılması, onlara diqqət və qayğı göstərilməsi həm məktəbin,hə də digər dövlət qurumlarının vəzifəsidir.
Dəyərli valideynlər, çox hörmətli həmkarlar gəlin bir- birimizi ittiham edib, mənə aid deyil, bu məktəbin, müəllimin işidir deməyək. Əl-ələ verməklə, məktəb -valideyin, övlad -valideyin, müəllim-şagird və digər qurumlarla işimizi genişləndirməklə gələcəyimiz olan övladlarımıza diqqətimizi, qaygımızı, məhəbbətimizi artırağın. Axi bu gün hamimiz Milli Qəhrəmanlarımız: Mübariz İbrahimov, Polad Həşimovla qürur duyuruq. Deməli yaxşılar da pislər də bizimdir: Elə etməliyik ki, hamı yaxşı olsun.
Ona görə də bizləri- müəllimləri tək qoymayın, bizimlə bir yerdə gələcəyimiz olan övladlarımızı sağlam əxlaqlı, savadlı, Vətənsevər bir vətəndaş kimi böyüməsinə çalışmağıq. Hər birinizə bu istiqamətdə uğurlar diləyirəm.
Fəday Əliyev,
Biləsuvar rayonu, Çinarlı kənd tam orta məktəbi