» » Biləsuvarda qeyri - ənənəvi bitkilərin əkininə başlanılıb


Biləsuvarda qeyri - ənənəvi bitkilərin əkininə başlanılıb

Biləsuvar rayonunda ilk dəfə olaraq təcrübə - sınaq sahəsində qeyri - ənənəvi yem bitkilərinin əkininə başlanılıb. Əkinçilik Elmi tədqiqat Institutunun alimlərinin iştirakı ilə bir hektarlıq ərazidə cənubi Amerikada  becərilən Amarant və Kinoa bitkisinin səpini aparılıb. Bu günlərdə inistitutun labaratoriya müdürü  Sevil Abasquluyeva və digər əməkdaşları  ilə birgə “Aqropark Yaşıl Ada” MMC - də aparılan yeni əkinlə tanış olduq. Bu bitkilərin yerli iqlim şəraitində yüksək inişafına şahid olduq.

"Bilesuvarinfo" xəbər verir ki, Regionperess - ə bu haqda danışan Biləsuvar DAİM - in direktoru Nurəddin Quliyev qeyd edib ki, son illər müşahidə olunan iqlim dəyişkənliyi aşağı keyfiyyətli müxtəlif səviyyəli şorəkət torpaqların, həmçinin qlobal şirin su qıtlığının mövcudluğu  bölgələrdə davamlı qida  istehsalını çətinləşdirir.

Bu baxımdan az məhsuldar kənd təsərrüfatı ekosisteminin qiymətləndirilməsi, məhsuldar yem bitkiləri istehsalının elmi əsaslarının hazırlanması eləcə də, şorlaşmış  torpaqların keyfiyətinin yaxşılaşdırılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik elmi tədqiqat İnstitutu  tərəfindən mühüm addımlara başlanılıb. Torpaq və iqlim uyğunluğu nəzərə alınaraq    Biləsuvar rayonunda  ilk dəfə olaraq Vətəni Cənubi Amerika olan- duzlaşma və quraqlıq stresinə qarşı digər yem bitkilərindən daha dözümlüsü  kinoa və amarantın iki növünün təcrübə əkini həyata keçirilib. 

İnstitut əməkdaşı Sevil Abasquluyevanın sözlərinə görə, rayon üçün qeyri - ənənəvi sayılan bu bitkilər çox böyük əhəmiyyətə malikdir. Əkin zamanı heç bir dərman preparatından istifadə olunmur, çünki xəsətlik və zərərvericilərə davamlıdır. Hektara səpin norması amarantda 3 kq, kinoada isə 5 kq dır. Dən məhsuldarlığına gəldikdə kinoada hektara 2  ton, amarant   isə 7 tona qədər məhsul verə bilir.   

Niyə məhz amarant və kinoya gətirilib?

N.Quliyev bu sualı cavablandırarkən vurğulamışdır ki, aaaamarant və kinoya dünyada  ən yaxşı sidiratdı. Torpaqda şoran-şorakət, duzluluğu götürür, quraqlığa davamlıdır.Həddindən artıq istiliyə dözümlüdr. Bu bitkilər qiymətli ərzaq, yem, texniki və təbii tibbi vasitə kimi dünyada məşhurdur. Qeyd edək ki, cənubi Amerika əhalisinin əsas qida mənbələrindən olan kinoa və amarant bu günə qədər 100 dən  çox ölkənin   kənd təsərrüfatı - ərzaq istehsalına daxil olub.

Gələcəkdə isə əlavə olaraq güldəfnə və  maralfalfa bitkisinin də əkinin təşkil edəcəyik. Bu bitkilər abiotik şəraitə   uyğunlaşmaqla yanaşı, hal-hazırda qida sənayesində və heyvandarlığın yem bazasının formalaşmasında dünyada, respublikamızda lduğu kimi rayonumuzda da  mühüm bir rol oynayacaqdır.   
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR