Biləsuvarda YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş konfrans keçirildi

Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ərazi ilk partiya təşkilatlarının sədrləri və müavinləri, partiyanın veteran üzvləri, şəhid valideynləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
"Bilesuvarinfo" xəbər verir ki, tədbirdən öncə iştirakçılar Rayon təşkilatının inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Konfrans Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların və dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı giriş nitqi ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı partiyanın keçdiyi şərəfli yoldan və rayon təşkilatının fəaliyyəti haqqında danışaraq yubiley münasibətilə iştirakçıları təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə formalaşan Yeni Azərbaycan Partiyasının bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın strateji hədəflərinin uğurla həyata keçirildiyini vurğulayıb. Kamil Qurbanlı YAP-ın bu gün təkcə siyasi qurum deyil, həm də dövlətçilik ideyalarını, milli həmrəyliyi və xalqın gələcəyə olan inamını təcəssüm etdirən güclü ictimai-siyasi qüvvə olduğunu qeyd edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında Yeni Azərbaycan Partiyasının formalaşdığı ilk illərdən etibarən ölkənin inkişafında xüsusi rol oynadığını bildirib. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi xəttin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edən Faiq Qürbətov, hər bir vətəndaşın dövlətçilik maraqlarının qorunması naminə Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini vurğulayıb.
YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyası Sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Buraqovun təbriklərini çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə yaradılan və bu gün 744 mindən çox üzvü birləşdirən partiyanın keçdiyi zəngin inkişaf yolundan söz açıb. Əli Axundov həmçinin YAP-ın ilk rayon təşkilatı olan Biləsuvar rayon təşkilatının illər ərzində göstərdiyi fəal ictimai-siyasi fəaliyyətə görə seçildiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən partiya veteranları Akif Kazımov və Fəday Əliyev YAP-ın müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz siyasi qüvvə olduğunu qeyd edərək partiya üzvlərini yubiley münasibətilə təbrik ediblər.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına fəxri fərmanlar təqdim edilib, partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri verilib.
Tədbir bədii hissə ilə davam edib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Konfransdan sonra YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin 3D kinozalında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




Türkiyə
Pakistan
İsrail
Azərbaycan