» » Faiq Qürbətov “Aqropark -Yaşıl Ada” MMC-də iş şəraitinə baxış keçirib.


Faiq Qürbətov “Aqropark -Yaşıl Ada” MMC-də iş şəraitinə baxış keçirib.


Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Biləsuvar rayonunda yaradılan “Aqropark -Yaşıl Ada” MMC-yə gələrək, buradakı mövcud vəziyyətlə tanış olub.

İcra başçısına bildirilib ki,  təsərrüfat ilində  aqroparkda 2079 hektar  taxıl, 1727 hektar  pambıq, 73 hektar  qarğıdalı bitkisi əkilib. Bu il həmçinin ilk dəfə olaraq aqroparkda qeyri ənənəvi bitkilərdən olan kinoya və amarant bitkilərinin əkini aparılıb.Qeyd edilib ki, aqroparkda  əkinçiliklə yanaşı heyvandarlıqla da məşğul olunur.
Aqroparkda əkinlərin suvarılması məqsədilə müasir texnalogiyalar quraşdırılmış, 2 taxılbiçən kombayn, 2 pambıqyığan maşın, 8 traktor, asma və qoşulan digər texnikalar alınmışdır.

Burada çalışan işçilərin iş şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, yataqxana və ofis istifadəyə verilmişdir.
Bundan əlavə pambığın email ilə məşğul olan pambıq email zavodu fəaliyyət göstərir.

Faiq Qürbətov aqroparkda olarkən taxıl biçinini izləmiş, buradakı pambıq email zavoduna baxmış və ərazidə quraşdırılan müasir texnalogiyalarla tanış olmuşdur.

Bilesuvar-ih.gov.az​​​

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…