Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda heyvan bazarında infrastruktur yenilənir


Biləsuvarda heyvan bazarında infrastruktur yenilənir

21 noyabr 2025, Cümə
16
0

Göygöl və Biləsuvar rayonlarında yerləşən heyvan bazarlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində rekonstruksiya işlərinə başlanılıb.

"Bilesuvarinfo"
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən bazarlarda infrastrukturun yenilənməsi mərhələli şəkildə davam etdirilir:

"Ərazinin giriş və çıxış hissələrində dezbaryerlərin quraşdırılması və asfaltlanma işləri icra olunur. Həmçinin, xəstə heyvanların sağlam heyvanlardan ayrılması üçün xüsusi izolyator sahələrinin yaradılması, satış sahələrinin standartlara uyğunlaşdırılması və infrastrukturun yaxşılaşdırılması işləri də aparılır. Bazarlarda iri buynuzlu və xırda buynuzlu heyvanlar üçün ayrı-ayrı funksional bölmələrin yaradılması da təmin edilir. Eyni zamanda, qanunvericiliyə uyğun olmayan ictimai iaşə obyektləri bazar ərazilərindən kənarlaşdırılır".

"AQTA bildirir ki, təmir və bərpa işləri tamamlandıqdan sonra bazarların fəaliyyətə başlaması məsələsi qiymətləndiriləcək", - deyə məlumatda qeyd edilib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan