
"Bilesuvarinfo" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Meyvəçilik və Çayçılıq, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutlarının rəhbərlərinin dəvət aldığı tədbirdə əkinçiliklə məşğul olan yerli fermerlərin də fikirləri dinlənilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda kənd təsərrüfatının inkişafından görülən işlərdən söz açıb. Sonra Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev rayonun iqlimi və torpaq şəraitinə uyğun olaraq əkilə biləcək qeyri ənənəvi bitkilər barədə ətraflı məlumat verib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Sevinc Məmmədova bildirib ki, qeyri-ənənəvi yem bitklərinin öyrənilməsində məqsədlərdən biri də insanların əsas qidasını təşkil edən ərzaq bitkilərinin qeyri-ənənəvi bitkilərlə əvəz olunması və bunun hesabına ərzağa olan tələbatın ödənilməsidir.
Tədbirdə Tərəvəzçilik Elmi tədqiqat inditutunun idarə heyətinin sədri Elmar Allahverdiyev çıxışında bu sahədə qazandıqları uğurlardan və tərəvəzçilikdə məhsuldarlığın artımı ilə bağlı əldə etdikləri təcrübədən danışıb.
Görüşdə fermerlərə qeyri ənənəvi bitkilərin növləri və əkilməsi barədə slayd nümayiş olunub.





