Biləsuvarda illərdən bəri çoxlarının tələbkar ziyalı xanım kimi tanıdığı, anası Dilarə müəllimənin pedaqoqluq bacarığından yararlanan Samirə müəllimə çalışdığı kollektivdə nümunəvi xidməti ilə seçilir.
“Bilesuvarinfo” xəbər verir ki, o, Orxan Əkbərov adına Biləsuvar şəhər Uşaq İncəsənət məktəbində 24 illik fortepiano ixtisasında, keyfiyyətli tədrisə çəkdiyi zəhməti hədər getməyib. İndi, bir vaxtlar musiqinin sirlərini öyrətdiyi yetirmələri ilə çiyin - çiyinə çalışır.
Müəllimlik onun həyat amalıdır, bütün ömrünü rayonda yüksək səviyyəli professional musiqiçi kadrların yetişdirilməsinə həsr etmiş, istedadlı pianoçu və pedaqoq kimi fəaliyyəti yüksək qiymətləndirilir.
Deyirlər uşağın musiqi zövqünün formalaşmasında, ondakı istedad rüşeymlərinin inkişaf etdirilərək, yetişməsində sənətə vəsiqə verən musiqi müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür. Çünki uşağın sonradan musiqini özünə peşə seçməsi və professional musiqiçi kimi yetişməsi məhz ilk musiqi müəllimindən, geniş mənada isə musiqi məktəbində təhsilin səviyyəsindən, tədrisin ixtisas və nəzəri fənlər baxımından kompleks şəklində məqsədyönlü xarakter daşımasından çox asılıdır. Məhz Samirə müəllimə musiqi pedaqogikası sahəsində xüsusi bacarığa da sahib olması, şagirdlərinin zövqünü və istedadını qiymətləndirməyi və onları həvəsləndirməyi bacarır. O, hər bir tələbəyə fərdi yanaşır, şagirdləri yüksək professional hazırlıqı ilə seçilir.
Zəhmətsevərlikdə fərqlilik nümayiş etdirən Samirə müəllimənin ikinci iş yeri K.Agayev adına İnternat tipli məktəb – liseydir. O, burada da, işlədiyi qısa zamanda işgüzarlığına görə məktəb rəhbərinin və kollektivinin hörmətini qazanıb.
Məktəb konsertlərində şagirdlərinin uğurlarıyla həmişə diqqəti cəlb edən Samirə müəllim həmçinin, yaşıdları arasında bacarığı və savadı ilə seçilən iki oğul anasıdır. M. İbrahimov adına liseyin nümunəvi məzunu olan böyük övladı Rəşad Qarayev Biləsuvarımızın dəyərli gənçlərindəndir. Məktəbdə musiqinin ecazkar sirlərini şagirdlərinə tədris etməklə kifayətlənməyən Samirə müəllimə evində gələcəyin musiqiçisini də yetişdirir. Çox sevindirici haldır ki, kiçik övladı Nicat hələ 5 yaşındaykən televiziya verlişində Azərbaycanın tanınmış musiqi xadimləriylə birlikdə qonaq olmuşdur. Nicatın istedadlı fortepianoçu olması bu yaxınlarda keçirilən incəsənət Olimpiadasinda 2-ci yerin qalibi edib. Şagirdləri – Nərgiz Sukurova və Samirə Əliyeva bu olimpiadanın laureatı adına layiq görülüb. Daha bir yetirməsi - Banucicəy Hüseynzadədən eşidilən ifa dinləyicilərin gurultulu alqislarına səbəb olur.
Samirə müəllimin öz peşəsinə olan sevgisini, müəllimlərin işə qəbulu imtahanında da sübut edərək, öz sahəsi üzrə rayonda ən yüksək nəticəsini göstərib. İnanırıq ki, Samirə müəllimin isgüzarlıgı, pedaqoji bacarığı və işinə olan sonsuz sevgisi, hələ onun neçə - neçə Banucicəklər, Nicatlar yetisdirməyə imkan verəcək.
Muəllim əməyinin qiyməti heçnəylə əvəz oluna bilməz. Dəyərli müəllimlərimiz tanrının yer üzünə bəxş etdiyi ən dəyərli hədiyyəsidir. Gənclərin cəmiyyətdə yüksək mövqe tutmağı, şərəfli əməyi ilə yüksəlməyi, zəhmətsevər, vətənə, dövlətə, xalqa sədaqətli vətəndaş kimi formalaşması müəllimlərin peşəkarlığından, pedaqoji məharət və qabiliyyətindən çox asılıdır. Şair gözəl deyib:
Müəllim: Bu ada baş əyir Cahan,
Ondan hansı dahi dərs almamışdır?
Müəllim sözünə qulaq asmayan
Tarixdə heç zaman ucalmamışdır