Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirildi
Biləsuvar Rayon İcra Hakimiyyəti və “Azəravtoyol” ASC-nin 4 saylı Yol Yaşıllaşdırma İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində növbəti ağacəkmə aksiyası həyata keçirilib.“Bilesuvarinfo” xəbər verir ki, aksiya Ələt–Astara magistral avtomobil yolunun Biləsuvar rayonunun Əsgərabad və Aşağı Cürəli kəndlərindən keçən hissəsində keçirilib.
Aksiya çərçivəsində 4 saylı Yol Yaşıllaşdırma İdarəsinin əməkdaşları ilə yanaşı, rayon Kommunal Müəssisələr Kombinatının kollektivi tərəfindən ümumilikdə 1 800 ədəd şam, ağcaqayın, palıd, göyrüş və xan çinarı kimi müxtəlif ağac növləri əkilib və onlara ilkin aqrotexniki qulluq göstərilib.
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.







Türkiyə
Pakistan
İsrail
Azərbaycan