» » YAP Biləsuvar rayon təşkilatı Aşağı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib


YAP Biləsuvar rayon təşkilatı Aşağı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

  
Aprel ayının 29-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının  Aşağı Cürəli kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.  

İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib.
          
Əvvəlcə O.Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbinin qarşısında inşa olunmuş şəhidlərin xatirə kompleksi ziyarət olunaraq önünə gül dəstələri düzülmüş və xatirələri yad edilmişdir.
          
Hesabat-seçki yığıncağının açılışında   Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.
          
Gündəlikdə duran I məsələ ilə əlaqədar Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədri Qalib Bağırov hesabat dövrü ərzindəki ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi. 
          
Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Bağırov Qalib Nadir oğlu  YAP Biləsuvar rayon təşkilatının Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədri, Şirinov Elvin Əlifağa oğlu isə sədr müavini seçildilər. 
          
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının dövlətimizin və cəmiyyətimizin həyatındakı rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən  bəhs edərək VII Qurultayından ötən müddət ərzindəki partiya həyatındakı  yeniliklərdən və əldə olunmuş uğurlardan danışdı. 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsini son 20 ilin uğurlarına, bütün vədlərin həyata keçirilməsinə  verilən dəyər, YAP-ın cəmiyyətdə artan nüfuzunun göstəricisi kimi qeyd etdi. K.Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha  yaxından iştirak etməyə dəvət etdi. 
          
Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə təqdim olunub, partiya üzvlüyünə yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR