Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda qadını gəlini boğub


Biləsuvarda qadını gəlini boğub

15 dekabr 2025, Bazar ertəsi
260
0

Biləsuvar rayonunda dünyasını dəyişən qadının sonradan qətlə yetirildiyi məlum olub.

“Bilesuvarinfo” 
xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib. Kənd sakini, 1953-cü il təvəllüdlü Almaz Cəfərova təxminən bir ay əvvəl vəfat edib. İlkin mərhələdə onun yüksək qan təzyiqindən öldüyü ehtimal olunurdu.
Lakin sonradan əldə edilən müşahidə kameralarının görüntüləri və aparılan araşdırmalar nəticəsində qadının boğularaq öldürüldüyü müəyyən edilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən mərhumun gəlini Gülbəniz Həsənzadə və onun qardaşı Qasım Həsənov saxlanılıblar.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan karvan