Qələbə və inam üzərində qurulan bir ömür
Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Sizi – ömrünü xalqına, dövlətinə və Vətəninə fəda etmiş Müzəffər Ali Baş Komandanı 64-cü doğum gününüz münasibətilə Birinci Qarabağ müharibəsi qazisi kimi səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Siz ömrünüzün bu müdrik çağını Azərbaycanın parlaq qələbələri, güclənən dövlətçilik mövqeyi və tarixi ədalətin bərpası ilə qarşılayırsınız. Cənab Prezident, Sizin qətiyyətli, müdrik və uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımızın uzun illər davam edən işğalına son qoyuldu, xalqımızın başı üzərindən qara buludlar çəkildi.
Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında genişmiqyaslı quruculuq və yenidənqurma işləri aparılır, məcburi köçkün soydaşlarımız öz dədə-baba yurdlarına qayıdır, Vətən torpağı yenidən həyata qovuşur. Bu mənzərə hər bir azərbaycanlının, xüsusilə də Qarabağ uğrunda döyüşmüş qazilərin qürur mənbəyidir.
Biz – Qarabağ müharibəsi iştirakçıları, Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunmasına nail olunmasını, bu torpaqlarda qanı tökülmüş silahdaşlarımızın qanının yerdə qalmamasını böyük tarixi ədalət və milli qürur kimi qiymətləndiririk. Bu Zəfər şəhidlərimizin ruhunu şad etdi, qazilərin yarasına məlhəm oldu.
Hörmətli cənab Prezident!
Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək daha böyük hədəflərə doğru inamla irəliləyir. Biz hər zaman dövlətimizin, Ali Baş Komandanımızın yanındayıq və qürurla deyirik: Qarabağ Azərbaycandır!
Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, Uca Allahdan Sizə möhkəm cansağlığı, ailə səadəti və müstəqil Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə davamlı uğurlar diləyirəm.
Dərin hörmət və ehtiramla,
Birinci Qarabağ müharibəsi qazisi
Ağakərim Əzimov
Müzakirə edin
Həmçinin oxuyun:
08 may 2025, Cümə axşamı
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasəti və tarixi Qarabağ Zəfəri
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan