Anasını xəstəxanaya apardı, qayıdarkən yeniyetməni vurdu
Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Bilesuvarinfo”nun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən yeniyetməni vurub.
Hadisə nəticəsində kənd sakini, 2010-cu il təvəllüdlü N.T. adlı yeniyetmə qız müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisəni törədən sürücü Bakı şəhərinə anasını əməliyyat üçün aparıb və yol-nəqliyyat hadisəsi geri qayıdarkən, axşam saatlarında baş verib. İlkin məlumata görə, sürücü azyaşlını vaxtında görmədiyi üçün qəza baş verib. Həmçinin sürücü ilə piyada qohumdur.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.







Türkiyə
Pakistan
İsrail
Azərbaycan