Biləsuvar sakini Albaniyada faciəvi şəkildə vəfat edib - FOTO

Biləsuvar sakini Albaniyada faciəvi şəkildə vəfat edib.
"Bilesuvarinfo" xəbər verir ki, Albaniyanın Dürres limanında Azərbaycan vətəndaşı olan gənc dənizçi həlak olub. Hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib.
2001-ci il təvəllüdlü Biləsuvar şəhər sakini, dənizçi Əvəz Cəfərov Panama bayrağı ilə üzən və buğda daşıyan “Kybele” gəmisində elektriklə işləyərkən onu cərəyan vurub. Hadisə 7 dekabr yerli vaxtla saat 17:50-də (Bakı vaxtilə 19:50) baş verib. Dərhal Dürres Regional Xəstəxanasına çatdırılan dənizçinin həyat əlamətləri olmadığı üçün həkimlərin müdaxiləsinə ehtiyac qalmayıb.
Polis əməkdaşları hadisənin tam təfərrüatlarını araşdırır. Məlumatda bildirilir ki, gənc dənizçinin ölüm səbəblərinin dəqiq müəyyən olunması üçün istintaq aparılır.
Allah rəhmət eləsin!
Müzakirə edin
Həmçinin oxuyun:
14 may 2024, Çərşənbə axşamı
Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…
07 mart 2024, Cümə axşamı
Biləsuvar DAİM-in mütəxəssisləri rayon ərazisində fermerlərə məxsus taxıl sahələrində monitorinqlər keçirdir
31 mart 2022, Cümə axşamı
31 mart tarixi yaddaşımızdan silinməyən azərbaycanlıların soyqırımı günüdür
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




Türkiyə
Pakistan
İsrail
Azərbaycan