Biləsuvarda ağır yol qəzası, 5 nəfər öldü - YENİLƏNİB - VİDEO

Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub.
Bilesuvarinfo.az xəbər verir ki, hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cü il təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.
Qeyd edək ki, V. Həsənli və R. Həsənli qardaşdırlar, İ.Həsənli isə onların əmisi oğludur.
Faktla bağlı araşdırma aparılır.
*** 10:37
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Bilesuvarinfo.az xəbər verir ki hadisə rayonun Bağbanlar kəndində baş verib.
Belə ki, axşam saatlarında kənd daxilində yolda idarəetmədən "Lexsus" markalı minik avtomobili kanala aşıb.
Qəzada maşında olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin
Həmçinin oxuyun:
30 oktyabr 2022, Bazar günü
Xırmandalıda ağır yol qəzası baş verib, ölənlər və yaralılar var - YENİLƏNİB - FOTOLAR
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan