Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » YAP Biləsuvar rayon təşkilatı ilin yekunları ilə bağlı iclas keçirib


YAP Biləsuvar rayon təşkilatı ilin yekunları ilə bağlı iclas keçirib

17 dekabr 2025, Çərşənbə
124
0

YAP Biləsuvar rayon təşkilatı Heydər Əliyev Mərkəzində ilin yekunları ilə bağlı ərazi partiya təşkilatlarının sədrləri, sədr müavinləri ilə iclas keçirib.Tədbirdə YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri iştirak ediblər. 

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən etibarən bütün xalqın partiyası olub və bu gün də monolit birliyə, geniş sosial bazaya və güclü sosial bazası olan hakim siyasi təşkilat kimi fəaliyyətini davam etdirir. Bildirilib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının sıralarının gündən-günə genişlənməsi cəmiyyətin dövlət başçısına və partiyaya olan dərin inamının bariz göstəricisidir. Rayon təşkilatının sədri “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunaraq, müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib, dövlət suverenliyimizin möhkəmləndirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. 

Çıxışında ərazi partiya təşkilatlarının fəaliyyətindən bəhs edən Kamil Qurbanlı təşkilati və cari məsələlərə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O, yeni üzvlərin qəbulu, üzvlük uçotunun düzgün aparılması,  digər təşkilati məsələlərlə bağlı işlərin bundan sonra da planlı, sistemli və səmərəli şəkildə davam etdirilməsinin zəruriliyini ərazi partiya təşkilatlarının sədrlərinin diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu xətt partiyanın fəaliyyətinin daha sistemli və məqsədyönlü qurulmasını tələb edir. Əli Axundov partiyanın müasir dövrdə qarşısında duran vəzifələrdən, təşkilati strukturun gücləndirilməsindən və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb. O, partiya üzvləri ilə işin düzgün və sistemli şəkildə qurulmasının, ideoloji xəttin ardıcıl təbliğinin və yerlərdə təşəbbüskarlığın artırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, partiyanın sosial şəbəkələrdə fəaliyyəti müasir informasiya mühitinin tələblərinə uyğun olaraq sistemli, məqsədyönlü və koordinasiyalı şəkildə təşkil edilməli, bu sahədə vahid yanaşma təmin olunmalıdır. Əli Axundov yerli təşkilatların informasiya fəaliyyətində fəallığının artırılmasının partiyanın ictimai nüfuzunun möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edərək, ərazi partiya təşkilatlarına müvafiq tövsiyələr verib.

Daha sonra tədbir ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinlərinin iştirakı ilə müzakirə formatında davam etdirilib. Müzakirələr zamanı təşkilati işlərin təkmilləşdirilməsi, üzvlərlə əlaqələrin gücləndirilməsi, qarşıda duran vəzifələr və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər dinlənilib və müvafiq tövsiyələr verilib.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan karvan