Xəstə məmnunluğu səhiyyədə əsas prioritetdir

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında xəstə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılır.
“Bilesuvarinfo” xəbər verir ki, xəstəxanada “Xəstə xidmətlərinin təşkili və keyfiyyət standartları” mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Təlimdə xəstəxananın inzibati məsələlər üzrə müavini Mehman Əliyev və Xəstə Xidmətləri şöbəsinin müdiri Kamran Cəfərov çıxış edərək bidirmişdilər ki, xəstə məmnunluğu səhiyyədə əsas prioritetdir. Onlar xəstələrə göstərilən tibbi xidmətlərin daha səmərəli və sistemli şəkildə təşkili məsələlərindən danışıb.
Tədbir zamanı xəstələrin qəbulu və qeydiyyatı, düzgün yönləndirilməsi, gözləmə vaxtının optimallaşdırılması, etik davranış və peşəkar ünsiyyət qaydaları, eləcə də xəstələrin hüquq və vəzifələri ətraflı şəkildə izah olunub. Həmçinin, xəstə təhlükəsizliyinin təmin edilməsi, infeksiyaya nəzarət tədbirləri, tibbi sənədləşmənin düzgün aparılması və elektron səhiyyə sistemindən səmərəli istifadə mövzuları geniş müzakirə edilib.
Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında tətbiq olunan elektron növbə sistemi qəbul zamanı yaranan sıxlığın azalmasına, vətəndaşların vaxt itkisi olmadan tibbi xidmətlərdən yararlanmasına imkan verir. Yeni sistem canlı növbəni sivil və ardıcıl şəkildə idarə etməklə yanaşı, şəhər mərkəzi ilə bərabər ətraf kənd və qəsəbələrdən müraciət edən sakinlər üçün tibbi xidmətləri daha əlçatan edir.

Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




Türkiyə
Pakistan
İsrail
Azərbaycan