» » YAP Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib


YAP Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib


Oktyabr ayının 2-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirdi.  İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib.


     Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Gündəlikdə duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat  məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur.


        I məsələ müzkirə olunaraq Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının sədr əvəzi Qismət Həbibovun hesabat dövrü ərzindəki fəaliyyəti  qənaətbəxş hesab edildi.


        Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Həbibov Qismət Böyxan oğlu ərazi partiya təşkilatının sədri, Rəhimov Sərvət Əlibala oğlu isə sədr müavini seçildilər. 


Yığıncaq iştirakçıları çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər. Diskusiya şəraitində keçən yığıncaqda bir sıra təkliflər də səsləndirildi. 


          Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının dövlətimizin və cəmiyyətimizin həyatındakı rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən  bəhs etdi. Regionumuzad və ölkəmizdə baş verən son hadisələr barədə geniş məlumat verən K. Qurbanlı,yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı. Təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha  yaxından iştirak etməyə dəvət etdi. O, çıxışında Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının partiyanın  tapşırıq və tövsiyələrini operativ qayda da icrasınının təmin olunmasından ötəri tədbirlər görəcəyinə əminliyini ifadə etdi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR