Çadr
» » Biləsuvar şəhərinə qazın verilişi bərpa olunub - YENİLƏNİB


Biləsuvar şəhərinə qazın verilişi bərpa olunub - YENİLƏNİB

19 dekabr 2025, Cümə
146
0

Biləsuvar şəhərinin bir hissəsinə qazın verilişi bərpa edilib.

"Bilesuvarinfo"nun məlumatına görə, şəhərdəki qaz xəttində baş verən sızma aradan qaldırılıb.
Qeyd edək ki, bu gün şəhərin H.Əliyev prospekti istiqamətindəki qaz xəttində qeydə alınan sızma nəticəsində rayon mərkəzinin bir hissəsi qazsız qalmışdı.


***17:15

Biləsuvar şəhərində qaz xəttində sızma olub, rayon mərkəzinin bir hissəsi qazsız qalıb.

"Bilesuvarinfo"nun məlumatına görə, sızma şəhərin H.Əliyev prospekti istiqamətində yerləşən xətlərdən birində qeydə alınıb.

Nəticədə şəhərin bir hissəsinin qaz təchizatı dayandırılıb.

Hazırda həmin ərazidəki xətdə təmir-bərpa işləri aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.