Çadr
» » Yeni İldə neçə gün iş olmayacaq? - Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA


Yeni İldə neçə gün iş olmayacaq? - Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA

25 dekabr 2025, Cümə axşamı
124
0

Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar tətil günləri yaxınlaşır. Bununla bağlı sosial şəbəkələrdə ölkəmizdə ardıcıl 7 gün iş olmayacağı haqqında məlumat yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, dekabr ayının 29-dan etibarən yanvarın 5-nə qədər qeyri-iş günləri olacaq.

" BİLESUVARİNFO.AZ " məsələ ilə bağlı Nazirlər Kabinetinə ünvanlanmış sorğulara əsasən bildirir ki, Nazirlər Kabinetinin iş günlərinin yerinin dəyişdirilməsi haqqında qərarı yoxdur.

Qeyd edək ki, bu il də 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1-4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı - 5 gün olacaq.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.