Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında təlim keçirilib


Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında təlim keçirilib

10 dekabr 2025, Çərşənbə
280
0

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında orta və kiçik tibb heyəti üçün təlim keçirilib.

"Bilesuvarinfo"
xəbər verir ki, təlimdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının inzibati məsələlər  üzrə  müavin Mehman Əliyev, həkim-infeksionisti İnzibat Nəsirov, xəstəxananın baş tibb bacısı Gülarə Bayramova, biomedikal üzrə mütəxəssis Zəfər Əliyev iştirak etmişdir.

Təlim zamanı "İPİN qaydaları", dezinfeksiya və sterilizasiya işinin təşkili, xəstəxana daxili infeksiyaların qarşısının alınması, müxtəlif bakteriyalar və xəstəliklərin əsasən çirkli əllər vasitəsilə yayılması mövzularına toxunulmuşdur.

Əllərin düzgün və mütəmadi yuyulması, gigiyenik qaydalara riayət edilməsi xəstəliklərin profilaktikasında mühüm rol oynadığı vurğulanmışdır. Əl gigiyenasının sağlamlığa müsbət təsiri geniş izah olunmuşdur.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan karvan