Aprel ayının 16-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Təzəkənd kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib.
Əvvəlcə kənd mərkəzində şəhidlərin xatirə kompleksi ziyarət olunaraq önünə gül dəstələri düzülmüş və xatirələri yad edilmişdir.
Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.
Gündəlikdə duran I məsələ ilə əlaqədar Təzəkənd kənd ərazi partiya təşkilatının sədri Rudinil Bağırov hesabat dövrü ərzindəki ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.
Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Bağırov Rudinil Hüseynbala oğlu YAP Biləsuvar rayon təşkilatının Təzəkənd kənd ərazi partiya təşkilatının sədri, Şükürlü Kənan Kərəm oğlu isə sədr müavini seçildilər.
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının dövlətimizin və cəmiyyətimizin həyatındakı rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs edərək VII Qurultayından ötən müddət ərzindəki partiya həyatındakı yeniliklərdən və əldə olunmuş uğurlardan danışdı. 7 fevral prezident seçkilərindən söz açan natiq bu seçkinin tarixi əhəmiyyətini qeyd etdi.
K.Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi. O, çıxışında Təzəkənd kənd ərazi partiya təşkilatının partiyanın tapşırıq və tövsiyələrinin operativ qayda da icrasınının təmin olunmasından ötrü tədbirlər görəcəyinə əminliyini ifadə etdi.