» » » Çiyid səpini zamanı intensiv texnologiyaların tətbiqinə üstünlük verilir


Çiyid səpini zamanı intensiv texnologiyaların tətbiqinə üstünlük verilir

“Ağ qızıl”ın keçmiş şöhrətini özünə qaytaran biləsuvarlı fermerlər son iki ildə pambıqçılıqda intensiv texnologiyaların tətbiqinə üstünlük verir.

“Bilesuvarinfo” ya bu haqda danışan  Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev bildirmişdir ki, aprel ayından əkinə  başlayan  pambıqçılar   bu  günədək  6000 hektardan çox sahədə çiyid səpini həyata keçiriblər. Əkinin  “tirə” üsulu ilə tətbiqinə çalışırıq: - Rayonun bütün kəndlərində demək olar ki, çiyid səpini yekunlaşır. İstehsalçılar səpin  mövsümü başlayandan bu günədək rayonda 929 istehsalçı ilə 3 tədarükçü şirkət arasında 6 min 966 hektar sahədə pambıq əkini üçün müqavilə imzalanıb. Müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonun təcrübəli fermerlərinin sayəsində pambıqçılıqda əsasən intensiv texnologiyaların tətbiqinə üstünlük verilir. Belə ki, əsas diqqət, suya təlabatı nəzərə almaqla, daha az sahədə daha çox məhsul götürməyə yönəlib.   Bu ilki əkinin də 1200 hektara yaxını sahələrə “tirə” üsulu ilə tətbiq edilib.
Təbliğat - təşviqat işin biz, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə  aparılması üzərində qurmuşuq. Bu istiqamətlərdən biri də çiyid səpinidir. Çiyid səpinində əsas vacib aqrotexniki tədbirlərdən biri də   torpağın səpinqabağı səpinə hazırlanmasıdır. Torpaq yaxşı səpinə hazırlandıqda toxum optimal dərinliyə düşür və buda çıxışın normal, eyni vaxtda alınmasına səbəb olur.. .
Fermer Mürvət Qurbanov bildirmşdir ki, tirə üsulunun özəllikləri su itkisinin qarşısın alır, çıxışı tezləşdirir : “Suvarmada qaysaq vermir. Ötən il sahədən 40 sentner məhsuldarlıq olub, bu il isə tirə üsulu tətbiq etməklə yaxşı olar inşallah.”
Gülhəsən Teymurov (fermer) isə əlvə etib ki, mütəxəssislərin də burda iştirakı ilə, rəyi ilə biz səpinə başlamışıq: “Türkiyə sortu olan BA - 440 çiyid sortun əkirik, yüksək məhsuldarlıq nəzərdə tutulan sortdu. Ümid edirəm ki, indiyə qədər aparılan işlərin nəticəsi olaraq səpindən sonra da bütün işlər qanuni şəkildə gedəcək və yüksək məhsul üçün səylərimizi davam etdirəcəyik.”
Qeyd edək ki, rayon üzə pambıq əkinin ötən ildəkindən 1500 hetar azaldılması suya olan təlabat saəbindəndir. Lakin  bu il əkin aparılan  7000 ha sahədə intensiv texnologiyaların tətbiqinə üstünlük verilməklə məhsuldarlıq artırılması qarşıya qoyulan başlıca  məqsəddir. Ötən il əldə olunan 24,7 sentner məhsuldarlığı bu il ən azından  30 faizə çatdırılması istənilir.

Hər gün 450 - 500 hektar sahədə çiyid səpini aparılmaqqla artıq pamıq əkini yekunlaşdırılmaq üzrədir.   İstehlakçı müəssisələr tərəfində isə ayrı-ayılıqda: "P - Aqro"- 1200, "Azərpambıq" - 1750, "Təcrübə Sınaq Sıtansiyası- 800 və "MKT" Biləsuvar filialı tərəfindən 1500 hektar sahədə mülkiyyətçilərlə müqavilə bağlıyıb. Həmçinin "Yaşıl ada" , “Green Farm”,  “Səmədabad Aqro” kimi iri müəssisələr tərəfindən ümümilikdə 1500 ha sahədə  çiyid səpini aparılıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR