» » Yol nişanları və nişanlanma xətləri bərpa edilir


Yol nişanları və nişanlanma xətləri bərpa edilir

Yol hərəkətinin təhlükəsizliyini təyin etmək üçün yol nişanlarının və nişanlanma xətlərinin müayinəsi və təmiri  davam etdirilir. 

“Bilesuvarinfo” xəbər verir ki, növbəti tədbir Biləsuvar rayonunda keçirilib. 

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 11 saylı Cəlilabad Regional İstismar sahəsi tərəfindən işlər görülüb. Sahə rəisi Arif Səfərov bildirmişdir ki, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaqdır:
- Biləsuvar rayonunun insanların sıx olduğu bəzi küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir. Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, Biləsuvar DYP - i əməkdaşları tərəfindən müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülüb.

Əməkdaşlarımız tərəfindən Biləsuvar şəhərində lisey və məktəblər, bağçalar qarşısında və işıqforların altında silinmiş piyada keçidlərininin zolaqları bərpa edilir. Eyni zamanda çatışmayan yol nişanları quraşdırılıb, köhnə və istismara yararsız yol nişanları yeniləri ilə əvəz olunub. 

“Siqnal” İdarəsi Heydər Əliyev prospektində müayinə aparıb, istismara yararsız, eləcə də işıqqaytarıcı elementləri zəif olan yol nişanları götürülüb və yenisi ilə əvəz edib. Bundan başqa, Bağbanlar, Xırmandalı, Əsgərabad, Aşağı Cürəli kəndlərində məktəblərin piyada keçidlərində rənglənmə işləri həyata keçirilir.

Qeyd edim ki, Azərbaycan Respublikası DIN-in Kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DIN-in Baş Dövlət Yol Polisi Idarəsi və onun yerlərdəki qurumları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində  bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

Biz öz növbəmizdə, regional idarənin tabeliyində olan Cəlilabab, Biləsuvar, Salyan və Neftçala rayonlarında nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün üzərimizə düşən işləri ardıcıl həyata keçirməyə çalışırıq. Əlavə yol nişanların quraşdırılması vətəndaş müraciətləri, eyni zamanda, yol polisi əməkdaşları tərəfindən aparılan təhlillər əsasında həyata keçirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan