Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bu gün əməkdar müəllim, qocaman təhsil işçisi Məhəmməd Qurbanlının doğum günüdür


Bu gün əməkdar müəllim, qocaman təhsil işçisi Məhəmməd Qurbanlının doğum günüdür

23 dekabr 2022, Cümə
930
0
Respublikamızın tanınmış ziyalısı, ömrünü gənc nəslin təhsilinə, onların əsl vətəndaş kimi tərbiyə olunmasına həsr etmiş Azərbaycan Respublikasının Əməkdar müəllimi, Ali kateqoriyalı pedaqoq Məhəmməd Qurbanəli oğlu Qurbanlının 71 yaşı tamam olur.
 
Məhəmməd müəllim Biləsuvarda özünün ziyalı mövqeyi ilə, dövlətinə və xalqına sədaqəti ilə hamının rəğbətini qazanmış şəxsiyyətdir. Onun zəkasının nurundan bəhrələnmiş yüzlərlə biləsuvarlı indi Respublikamızda, eləcədə dünyanın bir çox ölkələrində xalqımızı ləyaqətlə təmsil edirlər.

Məhəmməd müəllim bu gün də öz peşəsinə sədaqət nümunəsi göstərərək gənclərin təhsil alması, dövlətimizə və cəmiyyətimizə layiq vətəndaş olmaları üçün əlindən gələni əsirgəmir. Biləsuvarinfo.az saytı olaraq müəllimimiz, dəyərli ziyalı və şəxsiyyət Məhəmməd müəllimi doğum günü münasibətilə təbrik təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
 
 Nə yaxşı ki, Sizin kim ziyalılarımız var, Əziz və hörmətli Məhəmməd MÜƏLLİM.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan