“Biləsuvar adını ucaltmış, şəhidlərimizin xatirəsinə layiqli töhfə vermişsiniz”
Həmyerlimiz, “Qanun” elmi-hüquq jurnalının redaktoru, hüquq üzrə fəlsəfə doktoru, dosent, i.o. polis polkovniki Hikmət Eyvazov Facebook səhifəsində “AFFA Region Liqası”nın qrup mərhələsində Cənub bölgəsinin çempionu adını qazanan biləsuvarlı futbolçularla bağlı xoş təəssüratlarını bölüşüb.
“Bilesuvarinfo” xəbər verir ki, o, paylaşımında bu uğurun təsadüfi olmadığını, gənc futbolçuların əzmi, komanda ruhu və zəhməti hesabına əldə edildiyini vurğulayıb. Hikmət Eyvazov qeyd edib ki, bu qələbə təkcə idman nailiyyəti deyil, həm də Biləsuvar rayonunun adının ölkə miqyasında tanınması baxımından mühüm əhəmiyyət daşıyır.
Paylaşımında deyilir:
-Hörmətli həmyerlilər!
“Biləsuvar FK”-nın AFFA Region Liqasının qrup mərhələsində Cənub bölgəsinin çempionu adını qazanması və 1/8 final mərhələsinə vəsiqə əldə etməsi hamımız üçün böyük qürur mənbəyidir. Bu qələbə təsadüfi deyil - o, Biləsuvar torpağının igid övladlarının ruhunu, qəhrəmanlıq ənənələrini və qələbə əzmini əks etdirir.
Bizim torpağımız həmişə qəhrəmanlar yetişdirib. Milli Qəhrəman Mübariz İbrahimov və Şuşa fatehи Hikmət Mirzəyev kimi fədakar oğullarımız torpaqlarımızı azad edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Onların qəhrəmanlığı yalnız Biləsuvarın deyil, bütün türk dünyasının fəxridir. Bu müqəddəs torpaqda böyüyən hər bir övlad bu qəhrəmanlarla nəfəs alır, onların yolunu davam etdirir.
Məhz bu ruhla, bu qələbə əzmi ilə futbolçularımız da meydanda öz dəyərlərini sübut edirlər. Komandamızın uğuru sadəcə idman nailiyyəti deyil, eyni zamanda milli ruhun, vətənpərvərliyin və qələbə iradəsinin təzahürüdür. Siz meydanda göstərdiyiniz əzmkarlıq, birlik və peşəkarlıqla Biləsuvar adını ucaltmış, şəhidlərimizin xatirəsinə layiqli töhfə vermişsiniz.
Futbolçularımızın qələbəsi bizim ümumi Qələbəmizin davamıdır, gənc nəslə verilən ən gözəl dərsdir. Qarşıdakı mərhələlərdə də eyni əzmlə, eyni qələbə iradəsi ilə irəliləyəcəyinizə inanıram.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və yeni qələbələr arzulayıram! Qoy Biləsuvar bayrağı, Azərbaycan bayrağı həmişə ucalarda dalğalansın!
Qələbə bizimdir!

Müzakirə edin
Həmçinin oxuyun:
09 aprel 2025, Çərşənbə
O, vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən polis məmururdur
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Türkiyə
Pakistan
İsrail
Azərbaycan