- 10 dekabr, 17:37
- 107 dəfə oxunub
- 0
"Mübarizdən sonra”ya dəstək olanlar…
Kitabın müəllifi olaraq ilk öncə layihəmizə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova öz təşəkkürümü bildirirəm. Kitabın ərsəyə gəlməsində, təqdimatlarda bizimlə birgə olan AMEA Nəsimi adına Dilçilik İnstitunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğluna, "Elm və təhsil" nəşriyyatının direktoru İnal Məmmədliyə, kitabın redaktoru şərqşünas Famil Burxanoğluna, bədii redaktor Ənivəs Feyziyevaya da öz minnətdarlığımı bildirirəm.
"Mübarizdən sonra" kitabının ilk təqdimatı Biləsuvar rayonu Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimov adına Ev Muzeyində keçirildi. Təşkilatı dəstək Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən oldu. Rayon icra başçısı Faiq müəllimə və müavini Ləman Yüzbaşovaya təşəkkür edirəm.
Azərbaycan xalqının görkəmli şəxsiyyətləri kitabda Milli Qəhrəman Mübariz İbrahimov haqqında öz şəxsi fikirlərini yazdılar. Onların hər birinə minnətdarlığımı bildirirəm və adlarını da qeyd etməyi özümə borc bilirəm:
1. Hikmət Mirzəyev
Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı, Vətən Müharibəsi Qəhrəmanı.
2. İsa Həbibbəyli
AMEA-nın prezidenti, akademik
3. Çingiz Abdullayev
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı
4. Nəriman Həsənzadə
Akademik, filologiya elmləri namizədi,
Azərbaycanın Əməkdar incəsənət xadimi, xalq şairi
5. Ramiz Rövşən
Xalq şairi, esseist, kinossenarist
6. Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi
7. Aqil Abbas
Azərbaycan dövlət xadimi, millət vəkili,
yazıçı, jurnalist
8. Seyfəddin Rzasoy
AMEA Folklor İnstitutu, Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
8. Rasim Balayev
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri,
xalq artisti
9. Nurəddin Mehtixanlı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti
10. Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
11. Ağaəli İbrahimov
Azərbaycan Rəssamlar İttifaqının katibi,
Əməkdar incəsənət xadimi, xalq rəssamı
12. Cəlal Bəydili (Məmmədov)
filologiya elmləri doktoru
13. Elçin Hüseynbəyli
Azərbaycan Yazıçılar Birliyinin katibi,
Əməkdar incəsənət xadimi,
yazıçı-dramaturq, pullisist
14. İlqar Fəhmi
Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq
15. Baba Vəziroğlu
Əməkdar incəsənət xadimi, nasir, şair,
tərcüməçi, kinodramaturq
16. Bilal Alarlı Hüseynov
filologiya üzrə fəlsəfə doktoru, şair
17. Firudin Qurbansoy
filologiya üzrə fəlsəfə doktoru, yazıçı, ssenarist
18. Xəyal Rza
Azərbaycan Yazıçılar Birliyinin
Mətbuat Xidməti rəhbəri, şair
19. Faiq Balabəyli
gəmi kapitanı, şair-publisist
20. Səməd Vəkilov
tədqiqatçı hüquqşünas
21. Zamin Həsənov
Ali dərəcəli həkim,
tibb xidməti polkovnik-leytenantı
22. Namiq Feyziyev
Azərbaycan dili va ədəbiyyat müəllimi
23. Hacı Şahin Həsənli
ilahiyyatçı.
Mənimçün 11 oktyabr 2024-cü il tarixində həqiqətən tarixi bir gün oldu. Mübariz İbrahimovun valideynləri, atası Ağakərim İbrahimov və anası Şamama İbrahimova Bakı şəhərində Mübariz İbrahimov adına uşaq bağçasında qonaq olduq, "Mübarizdən sonra" və "Ağakərim İbrahimovun düşüncələri" kitablarının təqdimatını kiçik dostlarımızla keçirtdik. Bağçanın direktoru Çinarə xanım çox yüksək səviyyədə bizi qarşıladı.
Həmin gün saat 14:00-da bir daha Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Səlim Babullaoğlunun aparıcılığı ilə "Mübarizdən sonra" və "Ağakərim İbrahimovun düşüncələri" kitablarının təqdimatı oldu. Kitabda Mübariz İbrahimov haqqında fikirlər bildirən xalqımızın dəyərli nümayəndələri, şairlər, yazıçılar, orta məktəb müəllimləri, tələbələr, sadə insanlar və millət vəkili Günay Ağamalı təqdimatda iştirak etdi.
Hər kəsə öz təşəkkürümü bildirirəm.
Mərhum ağsaqqalımız hacı Ağakərim əminin istəyi o idi ki, "Mübarizdən sonra" kitabını Azərbaycanımızın bütün bölgələrində yerləşən universitetlərə, məktəblərə, kitabxanalara hədiyyə olaraq bağışlayaq. İlk olaraq Qarabağ bölgəsindən başlamağı tövsiyyə etmişdi. Bu yaxınlarda onun bu vəsiyyətini gerçəkləşdirdim. İnşallah 2025-ci ilin əvvəllərindən başlayaraq bu işlərin görülməsinə addımlar atacağam. "Mübarizdən sonra" və "Ağakərim İbrahimovun düşüncələri" kitabları satışda yoxdur. Əziz oxucular kitabları yalnız Biləsuvar royununun Əliabad kəndində yerləşən Mübariz İbrahimov adına Ev Muzeyindən əldə edə bilərlər.
Bir daha hər kəsə, bəlkə də, adlarını qeyd edə bilmədiyim bir çox insanlara, bizim yanımızda cismən və ruhən olan dostlara, Azərbaycan Yazıçılar Birliyinin kadrlar şöbəsinin rəisi Arifə Əliyevaya, Cəmil müəllimə, Nəsib müəllimə, Biləsuvar rayon YAP partiyasının sədri Kamil Qurbanova, Əliabad İcra Nümayəndəsi Telman müəllimə, Region-Press qəzetinin baş redaktoru Surxay Şahbazova, ARB tv-nin müxbiri Samir Qurbanova, Biləsuvar rayon mədəniyyət evinin aktyoru İlqar Dadaşova, Mübariz İbrahimovun əmisi Rasim İbrahimova, Bibi-Heybət məscidinin axundu Hacı Rahib Babayevə, Mir Nəsib müəlimə, igidimiz şəhidimiz Rahətin atası Rafət İsayev, Mübariz İbrahimov adına İctimai Birliyin sədr müavini Mir Hənifəyə, Biləsuvar rayon Cümə məscidinin axund Hacı Əlifağa Murtuzova, Hacı Mirsahib Zəkiyevə, fransız dili müəllimi Cəlil Qurbanova, Fuad Əliyevə, Əlvan Murtuzova, Əfqan Murtuzova, Namiq Böyükzadəyə, Sərxan Xəlilova, Emin Əzimliyə, Cavid Böyükzadəyə, Babək Axundova, Cavid Quliyevə, Tural Əsgərova, Şahlar Babayevə, Zamiq Feyziyevə, Emin Əsədliyə kitabın üz qabığının fotosunu çəkən Ümid Bağırova, korrektor Zülfi Xəlilova, texniki redaktor Elnarə Malikqızına, dizayner Zahid Məmmədova bir daha öz təşəkkürümü bildirirəm. Bu dostlar hər zaman bizim yanımızda oldular, bu vətənpərvərlik mövzusunda olan "Mübarizdən sonra" layihəmizin təqdimatlarında iştirak etdilər. Kitabın türk dilində və bir neçə dildə çap olunması gələcək planlarımızdan biridir. Allah ürəyi bizimlə olan və bizimlə dost olmaq istəyən hər kəsdən razı olsun.
Hacı Ağakərim əmi həmişə belə bir söz deyirdi: "Müşfiq, bizi sevməyənlər, bizi tanımayanlardı".
Allah rəhmət eləsin. Ruhun şad olsun, əziz insan!
Müşfiq Malik Muğanlı
AYB- nin üzvü, Prezident təqaüdçüsü,
şair, yazıçı, publisist