Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımı anılıb
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib."Bilesuvarinfo" xəbər verir ki, tədbirdə xəstəxananın kollektivi, həkimlər və digər tibb işçiləri iştirak ediblər. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xəstəxananın direktoru Asəf Məmmədov çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixində ən dəhşətli soyqırımlardan biri olduğunu vurğulayıb. O bildirib ki, bu faciə yalnız bir şəhərin deyil, bütün xalqın yaddaşında silinməz iz qoyub və heç vaxt unudulmamalıdır: “Bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Xocalı soyqırımı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Xocalı – şəhidlərimizin qanı, anaların fəryadı, uşaqların yarımçıq qalan arzularıdır. Bu faciə hər bir azərbaycanlının qəlbində sağalmaz yara kimi yaşayır.
Ümummilli lider Heydər Əliyev Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində mühüm rol oynamışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında isə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir.”
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu gün Xocalı şəhidlərinin ruhu artıq daha rahatdır, çünki torpaqlarımız azaddır, ərazi bütövlüyümüz təmin olunub və Azərbaycan dövləti öz gücünü bütün dünyaya sübut edib. Vurğulanıb ki, Xocalı faciəsi gələcək nəsillərə tarix dərsi kimi ötürülməli, bu həqiqətlər daim yaşadılmalıdır.
Tədbir Xocalı şəhidlərinin xatirəsinə ehtiram və milli həmrəylik ruhunda başa çatıb.
Müzakirə edin
Həmçinin oxuyun:
30 mart 2025, Bazar günü
Tarixi Qarabağ zəfəri 31 mart - azərbaycanlıların soyqırımına münasibətdə yeni reallıqları aşkar etdi.
31 mart 2022, Cümə axşamı
31 mart tarixi yaddaşımızdan silinməyən azərbaycanlıların soyqırımı günüdür
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan