Biləsuvarda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Biləsuvar rayonunda silsilə anım tədbirləri keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edərək Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və digər natiqlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı törədilmiş qanlı və kütləvi qırğın hadisəsinin mahiyyəti barədə danışıb, bu faciənin Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm tarixi mərhələ olduğunu qeyd ediblər. Bildirilib ki, həmin gecə törədilən vəhşiliklərin əsas məqsədi azadlıq və müstəqillik arzusu ilə ayağa qalxmış Azərbaycan xalqının iradəsini sındırmaq, onun haqlı tələblərini güc yolu ilə boğmaq idi. Lakin sovet imperiyasının misli görünməmiş qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilmədi.
Qeyd olunub ki, 20 Yanvar faciəsi zamanı xalqının səsinə ilk səs verən ulu Öndər Heydər Əliyev olub. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin törətdiyi cinayəti kəskin şəkildə pisləyib, rəsmi bəyanatla çıxış edərək bu qanlı hadisəyə siyasi qiymət verilməsini tələb edib. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Vurğulanıb ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının milli iradəsini və azadlıq uğrunda mübarizə əzmini sarsıda bilməyib. Bu hadisə müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi kimi daxil olub. Məhz həmin mübarizə ruhu sonralar xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə, Qarabağ Zəfərinə aparan yolda birləşdirib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Zəfər nəticəsində bu gün üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
Tədbir çərçivəsində iştirakçılar həmçinin Biləsuvar rayonəyonunun Çaylı kəndindən olan 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun, eləcə də Vətən müharibəsi şəhidlərinin kənd qəbiristanlığındakı məzarlarını ziyarət edərək onların xatirəsini ehtiramla anıblar.




Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan