Çadr
» » Tibb işçiləri 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıb


Tibb işçiləri 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıb

20 yanvar 2026, Çərşənbə axşamı
180
0

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının kollektivi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib.

“Bilesuvarinfo” 
xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində həm qəhrəmanlıq, həm də faciə səhifəsi kimi yadda qalan 20 Yanvar hadisələrinin 36-cı ildönümü münasibətilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının kollektivi anım tədbirində iştirak edib.
Tədbir çərçivəsində xəstəxananın rəhbərliyi və kollektivi rayon mərkəzi parkında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər qərənfillər düzüblər. Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın sarsılmaz iradəsinin, azadlıq və müstəqillik uğrunda qətiyyətli mübarizəsinin rəmzidir. Şəhidlərimizin göstərdiyi fədakarlıq heç vaxt unudulmamalı, onların xatirəsi daim uca tutulmalıdır.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının kollektivi dövlət müstəqilliyimiz naminə canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla anır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.