Biləsuvarda Avtomobil yolları işçilərinin peşə bayramı günü qeyd olundu
Biləsuvarda 22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.“Billesuvarinfo” xəbər verir ki, peşə bayramı münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda fəaliyyət göstərən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 45 saylı Yol İstismar İdarəsinin əməkdaşlarını təbrik edib.
Qeyd olunub ki, yol təsərrüfatı işçiləri rayon ərazisində avtomobil yollarının təmiri, saxlanılması, təhlükəsizliyin təmin olunması və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm xidmətlər göstərirlər. İdarənin kollektivi bu sahədə məsuliyyətli və fədakar fəaliyyəti ilə seçilir.
İdarənin müdiri Əlirahim Kazımov göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlığını bildirib. Daha sonra bir qrup əməkdaşa Biləsuvar Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı təqdim olunub və xatirə şəkli çəkdirilib.


Müzakirə edin
Həmçinin oxuyun:
04 noyabr 2025, Çərşənbə axşamı
Biləsuvarda “Təhlükəsiz şəhər” mərhələsi: İctimai asayiş və yol hərəkəti müasir texnologiyalarla qorunur
05 iyun 2022, Bazar günü
Biləsuvarda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan