Çadr
» » Biləsuvarda Xocalı hadisələrindən bəhs edən “Doğma Torpaq” filmi nümayiş olunub


Biləsuvarda Xocalı hadisələrindən bəhs edən “Doğma Torpaq” filmi nümayiş olunub

26 fevral 2026, Cümə axşamı
64
0

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Doğma torpaq” bədii filminin nümayişi keçirilib.


"Bilesuvarinfo" xəbər verir ki, filmin nümyiçində  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən icra başçısı Faiq Qürbətov Xocalı faciəsinin XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirilib, yüzlərlə günahsız insan qətlə yetirilib, əlil olub və itkin düşüb.

Natiq vurğulayıb ki, bu qanlı faciənin təkrarlanmaması və Xocalı qurbanlarının qisasının alınması məqsədilə 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan **İlham Əliyev**in rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında qalan torpaqları azad edərək tarixi Zəfər qazanıb, şəhidlərin və Xocalı faciəsi qurbanlarının qisası alınıb.

Filmin nümayişindən əvvəl bildirilib ki, “Doğma torpaq” 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad edilmiş ərazilərində, xüsusilə Şuşa şəhərində çəkilən ilk bədii tammetrajlı ekran əsərlərindən biridir. Filmdə Azərbaycanın yaxın tarixinin üç mühüm mərhələsi – tarixi Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyası, I Qarabağ müharibəsi (xüsusilə Xocalı soyqırımı) və Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə bədii-estetik müstəvidə təqdim olunur.

Daha sonra “Doğma torpaq” tammetrajlı bədii filmi nümayiş etdirilib.

Qeyd edək ki, filmin çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, BakıŞuşa şəhərlərində aparılıb. Filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, prodüseri Nəriman Məmmədovdur. Kinolentin quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakovdur.

Filmdə əsas obrazları Rüstəm CəbrayılovAlina Vorontsova (Rusiya) canlandırıblar. Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, eləcə də aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları rol alıblar.

Film tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.