Çadr
» » “Sağlam gənclik – güclü gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi


“Sağlam gənclik – güclü gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi

19 fevral 2026, Cümə axşamı
123
0

Biləsuvar rayonunda yeniyetmə və gənclər arasında narkomaniya, tütündən istifadə, alkoqol və psixotrop maddələrin mənfi təsirlərinə qarşı maarifləndirici tədbir təşkil olunub.

Bilesuvarinfo xəbər verir ki, tədbir Biləsuvar Rayon İcra HakimiyyətiŞirvan-Salyan Regional Gənclər və İdman sektoruŞirvan-Salyan Regional İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektoru və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilib. 


“Sağlam gənclik – güclü gələcək” şüarı altında keçirilən tədbirdə çıxış edənlər zərərli vərdişlərin gənclərin fiziki, psixoloji və intellektual inkişafına mənfi təsirindən bəhs ediblər. Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, düzgün qidalanma, idmanla məşğul olmaq və zərərli vərdişlərdən uzaq durmaq cəmiyyətin gələcəyi üçün əsas prioritetlərdəndir.


Tədbir çərçivəsində gənclərə maarifləndirici məlumatlar verilib, suallar cavablandırılıb və sağlam həyat tərzinin təbliği istiqamətində tövsiyələr səsləndirilib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.