“Heydər Əliyev və Konstitusiyamız: Müstəqil Azərbaycanın Hüquqi Təməli” layihəsi çərçivəsində keçirilən ilk tədbir baş tutub
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən “Heydər Əliyev və Konstitusiyamız: Müstəqil Azərbaycanın Hüquqi Təməli” layihəsi çərçivəsində keçirilən ilk tədbir Biləsuvarda baş tutub.Tədbirdə layihə rəhbəri Ülvi Həzizadə çıxış edərək layihənin əsas məqsədinin gənclər arasında Konstitusiya dəyərlərinin təbliği, hüquqi biliklərin artırılması və dövlətçilik ənənələrinin qorunması olduğunu vurğulayıb.
Sonra çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ziya Qurbanov gənclərin dövlətçilik ideyalarına sadiq ruhda formalaşmasının vacibliyini qeyd edib.
Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının sədr müavini Aqşin Qasımov çıxışında Konstitusiyanın müstəqil dövlət quruculuğunda mühüm rolundan bəhs edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Nihad Həzizadə gənclərin inkişafı üçün həyata keçirilən dövlət dəstəyi proqramları haqqında məlumat verib.
Həmçinin Biləsuvar Rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Azad Quliyev çıxış edərək gənclərin ictimai fəallığının artırılmasının əhəmiyyətini vurğulayıb.
Təlimçi İsmayıl Ağacanlı isə Konstitusiya və hüquqi maarifləndirmə istiqamətində gənclərlə aparılan işlərin vacibliyindən danışıb.
Bildirək ki, tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, Biləsuvar Rayonu üzrə Gənclər və İdman Sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, tədbirdə ümumilikdə 100 nəfər yeniyetmə və gənc iştirak etmiş, tədbirin sonunda iştirakçılar sertifikatla təltif olunub. Layihə gənclərin hüquqi biliklərinin artırılması və dövlətçilik dəyərlərinin gənc nəsil arasında təşviqinə mühüm töhfə verməkdədir.


Müzakirə edin
Həmçinin oxuyun:
08 may 2025, Cümə axşamı
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasəti və tarixi Qarabağ Zəfəri
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan