Çadr
» » Prezident İlham Əliyevin təbriki Ukraynada Azərbaycan diasporu üçün yol xəritəsidir


Prezident İlham Əliyevin təbriki Ukraynada Azərbaycan diasporu üçün yol xəritəsidir

03 yanvar 2026, Şənbə
94
0


Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xalqa ünvanladığı ənənəvi təbrik müraciəti xaricdə yaşayan azərbaycanlılar, o cümlədən Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları üçün yeni fəaliyyət istiqamətləri və konkret hədəflər müəyyənləşdirib.

Bilesuvarinfo.az
xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Ukraynanın Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev bildirib.

Diaspor rəhbəri Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü diaspor siyasətinin nəticəsində dünya azərbaycanlılarının təşkilatlanmasının yeni mərhələyə yüksəldiyini vurğulayıb:

“Dövlət başçısının diqqəti və dəstəyi diaspor təşkilatlarının fəaliyyətini daha sistemli qurmağa imkan verir. 2026-cı ildə Azərbaycan diasporu qarşısında daha məsuliyyətli vəzifələr dayanır. Yeni dövrdə diasporumuz müasir mexanizmlər əsasında fəaliyyətini gücləndirəcək, milli maraqlarımızın müdafiəsi və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində işlərini davam etdirəcək.”

O, Ukraynada davam edən müharibə şəraitinə baxmayaraq, Azərbaycan diasporunun humanitar fəaliyyətlərini dayandırmadığını da qeyd edib:

“Bu gün diaspor fəallarımız ukraynalı dostlarımızla çiyin-çiyinə dayanaraq humanitar missiyalarını yerinə yetirir, həmrəylik və dostluq nümunəsi göstərirlər. Bu, Azərbaycan xalqının humanist dəyərlərinin təzahürüdür. Soydaşlarımızın Ukraynanın çətin günlərində bu günü qeyd etməsi xalqımızın birliyinin və dövlətinə sədaqətinin bariz nümunəsidir. Xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin inkişafına öz töhfələrini verməkdə davam edirlər.”


Diaspor rəhbəri xüsusilə vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Prezident İlham Əliyevin təbrik müraciəti Ukraynada Azərbaycan diasporu üçün yalnız bayram mesajı deyil, eyni zamanda qarşıdakı fəaliyyət üçün aydın yol xəritəsidir. Bu əlamətdar gün və dövlət başçısının çağırışları xaricdə yaşayan azərbaycanlıları vahid amal ətrafında birləşdirir, onların milli maraqların müdafiəsi, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və humanitar təşəbbüslərdə fəal iştirakı istiqamətində fəaliyyətini müəyyənləşdirir. Prezidentin çağırışlarına uyğun olaraq Ukraynadakı diaspora fəalları həmrəylik nümayiş etdirərək dövlətimizin adını ləyaqətlə təmsil edir və gələcək uğurlar üçün möhkəm təməl qoyurlar.


Qeyd edək ki, Ukrayna Respublikasının Krivoy-Roq şəhərindəki Azərbaycan diasporasının rəhbəri olan həmyerlimiz Kəmaləddin Ağayev vətənpərvər, dövlətimizin və xalqımızın mənafeyini daim uca tutan ziyalı kimi tanınır. Onun rəhbərliyi ilə Krivoy-Roq şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu milli-mədəni dəyərlərin təbliği ilə yanaşı, yaşadıqları ölkənin ictimai həyatında fəal iştirak edir, humanitar təşəbbüslər həyata keçirir və Azərbaycanın dövlət maraqlarını ardıcıl şəkildə müdafiə edir.

O, bu günlərdə Azərbaycanımızı Ukraynada ləyaqətlə təmsil edən Kəmaləddin Ağayev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.