Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında xüsusi pasiyentlərlə görüş baş tutub
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktorunun təşkilatçılığı ilə nadir genetik dəri xəstəliklərindən əziyyət çəkən vətəndaşlarla görüş təşkil olunub.“Bilesuvarinfo” xəbər verir ki, tədbirdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının müalicə işləri üzrə baş həkimi Asif Əhmədov, həkim-infeksionist İnzibat Nəsirov və həkim-dermatoloq İlahiyyə Əmirova iştirak ediblər.
Görüş zamanı “2023–2027-ci illər üzrə ixtioz və bulloz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, görülən işlər qiymətləndirilib.
Pasiyentlər və onların yaxınları ilə aparılan müzakirələrdə xəstələrin gündəlik həyatda üzləşdikləri çətinliklər, tibbi xidmətlərə çıxış imkanları, sosial və psixoloji dəstəyə olan ehtiyacları diqqətə çatdırılıb.
Xüsusilə aşağıdakı istiqamətlər ön plana çəkilib:
- xəstələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi,
- pasiyentlərə və ailələrinə psixoloji dəstəyin göstərilməsi,
- ixtisaslaşmış tibbi mərkəzlərə yönləndirmə imkanlarının artırılması,
- xəstəliklərin erkən diaqnostika və profilaktikasının əhəmiyyəti.

Müzakirə edin
Həmçinin oxuyun:
13 yanvar 2025, Bazar ertəsi
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsini icbari tibbi sığorta qarşılayır
31 may 2022, Çərşənbə axşamı
Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv...” - Dr. Samir Şükürov
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan