Çadr
» » Gürcüstanda klinikadadır, sənədsiz olduğu üçün Azərbaycana buraxılmır


Gürcüstanda klinikadadır, sənədsiz olduğu üçün Azərbaycana buraxılmır

25 yanvar 2026, Bazar günü
325
0

Biləsuvar rayonunun Zəhmətabad kənd sakini, 1951-ci il təvəllüdlü Bəxtiyar Hüseynov hazırda Gürcüstanda yerləşən klinikalardan birində ağır vəziyyətdə müalicə olunur.

“Bilesuvarinfo”ya 
ailəsinin verdiyi məlumata görə, onun sənədlərinin itməsi səbəbindən Azərbaycana gətirilməsində ciddi çətinliklər yaranıb. Bildirilib ki, Bəxtiyar Hüseynov 1994-cü ildə Rusiyanın Başqırdıstan Respublikasına gedərək 2001-ci ilə qədər orada yaşayıb və işləyib. Sonrakı illərdə də əmək fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda xarici ölkələrə səfərlər edib.
Məlumata görə, Hüseynov 2025-ci ilin may ayında işləmək məqsədilə Gürcüstana gedib və həmin müddətdə sənədləri itib. Bir müddət sonra səhhəti kəskin pisləşib və infarkt keçirib.
Qeyd edək ki, hazırda o, klinikada ağır vəziyyətdədir. Ailəsi onun təcili şəkildə Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlardan kömək istəyir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.