Biləsuvar - Bəhrəmtəpə avtomobil yolundan Səmədabab kəndinə girişdə yerləşən mənzilləri və həyətyəni sahələrini su basıb. Hazırkı şəraitdə, heç kim hadisənin təkrarlanmayacağını deyə bilmir. Bu kanalla axan suyun qarşısını kəsmək isə kəndin yuxarı hissəsində yaşayan ailələrin susuz qalması deməkdir.