» » Suyun qıt vaxtında bu kəndi su basıb


Suyun qıt vaxtında bu kəndi su basıb

Biləsuvar -  Bəhrəmtəpə avtomobil yolundan Səmədabab kəndinə girişdə yerləşən mənzilləri və həyətyəni sahələrini su basıb. Hazırkı şəraitdə, heç kim hadisənin təkrarlanmayacağını deyə bilmir. Bu kanalla axan suyun qarşısını kəsmək isə kəndin yuxarı hissəsində  yaşayan ailələrin susuz qalması deməkdir.

“Bilesuvarinfo” xəbər verir ki, mənzilləri və həyətyani sahələrini su basması, kəndin yuxarı hissəsində sakinləri ötən ildən su ilə təmin edən yeni kanalın daşması olub. Sakinlərin sözlərinə görə təsərrüfatlarına dəyən ziyanın səbəbi su arxının təmizlənilməməsi və su ötürüçü qurğuların normal olmamasıdır.
 Kənd ağsaqqalı Yolçu kişi  problemin yaranmasından danışarkən dedi: “ Yeni cəkilən bu su kanalı indi kəndin yuxarı hissəsində 80 - ə yaxın mənzilin su təmintını ödəyir. Əvvəlki  dövrlərdə burdakı evlərin su təminatı Mil Muğan kanalından (əvvəl çəkilən) olub, son illər kanala yaxın ərazilərdən əkin dövriyyəsində 3000 hektara yaxın artım olması suya təlabat kəskin artırdı və suyun səviyyəsi  azaldı. Kənd əhalsinin suya olan ehtiyacınıı ödəmək üçün ötən il yeni kanal çəkilib. Ancaq kəndin giriş hissəsində kanalın aşağı səviyyədə olması  daşqına səbəb olur.”  
Kənd sakini, zərərcəkən Yaqub Hacıyevin sözlərinə görə problemin yaranmasına səbəb, sözügedən kanalda indiyənədək keç bir işin görülməməsidir: ” Su bölüşdürücü qurğu  təlabatı ödəmir, formal əhəmiyyət daşıyır,  həmçinin bu qurğu baş kanalda da olmalıdır. Suyu həcmində bir qədər artım olanda kanal daşır, su həyətlərimizi basır.

Kənddə olarkən, hadisə yerində olan bələdiyyə sədri Əliislam Orucovla həmsöhbət olduq. O, bildirdi ki, vətəndaşların şikayəti haqlıdır. Kənd sakini Bayramov Sabir Hacıağa oğlu öz həyətyani sahəsindəki əkini suvarmaq üçün vurulan bəndi açıb. Suyun həcmi çox olduğundan kanal suyu ötürə bilməmiş, 4 mənzilin həyətyani sahələrin basmasına səbəb olub.
 Bələdiyyə sədri onu da bildirdi ki, yaranan problemdə  vətəndaşların  özlərinin də günahı var : “Su kanalının ətrafını çəpərləyib, ağaclar əkiblər. Hazırkı vəziyyətdə kanalın lildən təmizləyib, dərinləşdirikmək üçün texnikanın işləməsi mümkün deyil.

Dəfələrlə vətəndaşlara müraciət olunub ki, hər kəs zəbt etdiyi ərazində kanalı əl əməyi ilə təmizləsin, ya da ağacları kəssin, cəpərlərin yığışdırsın ki, texnka bu işi görə bilsin. Elə məhz, bu gün şikayət edən,   həyətini su basan vətəndaşa da dəfələrlə, yazılı şəkildə müraciət emişi ki, qanunsuz çəpərləməni yığışdırsın ki, kanalı qazmaq olsun. Anacaq həmin vətəndaş müraciətlərə məhəl qoymur. İndi də deyir ki, mən əkmişəm, çəkmişəm, siz gəlin özünüz sökün.”
Aidiyyəti qurumlarla, icra nümayəndəliyi ilə  birgə məsələ müzakirə olunub, qarşıdakı  həftə ərzində məsələ öz müsbət həllin tapacaq. Artıq öz vəsaitimizlə suyun mənbəyində yeni su bölgüsü qurğusu yaratmaq üçün  boru da almışıq .. .
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR