Çadr
» » Biləsuvar Təhsil Kompleksinin bağçasında qrant layihə üçün qeydiyyat davam edir – Valideynlərə fürsət


Biləsuvar Təhsil Kompleksinin bağçasında qrant layihə üçün qeydiyyat davam edir – Valideynlərə fürsət

02 mart 2026, Bazar ertəsi
136
0

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində seçilmiş bağçalardan biri olaraq, Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində bağça bölməsi üzrə qeydiyyat davam edir.

Təhsil Kompleksindən verilən məlumata görə, qeydiyyat www.bq.edu.az portalında aktivdir. Qeydiyyat prosesi zamanı valideynlər və ya qanuni nümayəndələr tələb olunan sənədləri təqdim etməli və seçilmiş özəl məktəbəqədər təhsil müəssisəsi ilə təhsil haqqı məbləğinin də qeyd olunduğu müqavilə bağlamalıdırlar. 3-4 yaş qrupu üzrə 28, 4-5 yaş qrupu üzrə 16, 5-6 yaş qrupu üzrə isə 12 boş qalan yer mövcuddur.
Bu layihənin məqsədi dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların özəl müəssisələrdə təhsil alma imkanını yaratmaqdır.

Layihə çərçivəsində, hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsi qrant vəsaiti ilə maliyyələşdiriləcək, qalan məbləğ isə valideyn (sözügedən müəssisə üzrə 100 manat) tərəfindən ödənəcək.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.